Icma.az
close
up
RU
Rusiya MN dən şok: Azərbaycan istehsalı olan maşını vurduq!

Rusiya MN dən şok: Azərbaycan istehsalı olan maşını vurduq!

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


“Rubikon” Test Mərkəzinin hücum pilotsuz təyyarələri Zareçnoye kəndi yaxınlığında Azərbaycan istehsalı olan “Gürzə” zirehli döyüş maşınını (AKV) məhv edib.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, “Gürzə” Müdafiə Sənayesi Nazirliyinin təcrübə-sınaq zavodunun mütəxəssisləri tərəfindən yaradılan patrul maşınıdır. İctimaiyyətə 2012-ci ilin dekabr ayının 17-sində təqdim edilib. “Toyota HILUX 12” modelinin bazasında hazırlanan “Gürzə-1” taktiki kəşfiyyat patrul maşını 4x4 təkər formuluna və 2500 kq yük daşıma imkanına malikdir. Avtomobilin uzunluğu 5270 mm, eni 1680 mm, hündürlüyü isə 2120 mm-dir. Ekipaj sürücü və komandir daxil olmaqla 5 nəfərdən ibarərdir. Arxa hissədə yerləşən silahları əlavə 2 nəfər atıcı idarə edir. Maşının silahlanmasına üst hissədə 360 dərəcə bucaq altında fırlana və 45 dərəcə bucaq altında hədəflərə atəş aça bilən 12,7 mm-lik 1 ədəd pulemyot, yanlarda isə 45 dərəcə bucaq altında firlana və 10-45 dərəcə bucaq altında hədəflərə atəş aça bilən 2 ədəd 7,62 mm çaplı pulemyot və bu silahlar üçün böyük həcmdə patron ehtiyatı daxildir. 12,7 mm-lik pulemyot üçün 300 ədəd, 7,62 mm çaplı pulemyot üçün isə 3000 ədəd mərmidən ibarət döyüş dəsti nəzərdə tutulur. Avtomobildə quraşdırılan 7,62 mm-lik pulemyotla dəqiqədə 800 atəş açmaq, 1500 metrdə hədəfi nişan almaq mümkündür. KN-A markalı kollimator və SPP-M optik nişangahlar silahlardan günün istənilən vaxtında dəqiq atəş aparmağa imkan verir. Yüksək keçicilik qabiliyyətinə malik maşın 144 at gücündə 6 silindirli D-4D dizel mühərrik və 5 ötürücülü mexaniki transmissiya ilə təchiz olunub. Mühərrik, tansmissiya və asqılar əlavə olaraq zirehlə qorunur. Klirens standart modeldən daha yüksəkdir. Əlavə su və yanacaq çənləri mövcuddur. Yanğın əleyhinə sistem avtomatik rejimdə çalışır.

Bu hərbi maşın bir neçə xarici sərgidə nümayiş olunub və alıcısı da olub.

2013-cü ildə GDOTS şirkəti 7 il müddətinə 60 milyon dollar dəyərində 1300 ədəd GMV1.1 maşınlarının təchizatı ilə bağlı USSOCOM-la (ABŞ-ın xüsusi əməliyyatlar komandanlığı) müqavilə imzalayıb. Müqavilə 2017-ci ilin yanvarından başlayaraq hər il 170 ədəd GMV1.1 vasitələrini ABŞ silahlı qüvvələrinin xüsusi təyinatlılarına təhvil verilməsini nəzərdə tuturdu.

Yəni “Gürzə”ni ABŞ ordusu alıb və hazırda ABŞ Ukraynanın əsas hərbi təzhizatçısıdır.

Asena,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 20 Sentyabr 2025 22:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see633

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see329

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see320

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see320

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see312

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see297

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see289

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see283

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see276

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see273

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see253

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see253

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see251

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see246

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see243

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see236

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see233

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see216

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see214

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri