Icma.az
close
up
RU
Rusiya NATO ilə klassik müharibədə uduzacağını anlayır...

Rusiya NATO ilə klassik müharibədə uduzacağını anlayır...

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mümkün müharibə Ukraynada baş verənlər kimi olmayacaq...

...Ukraynada Rusiya ordusunun Kiyevi ələ keçirib hökuməti “üç günə” dəyişmək niyyətində olduğu “blitskrieg” uğursuzluqla başa çatdıqdan sonra müharibə illərlə uzandı, ağır itkilərlə amansız toqquşmaya çevrildi.

SİA-nın məlumatına görə, Amerikanın "Foreign Policy" nəşri yazır ki, Ukrayna cəbhəsindəki çətinliklərə baxmayaraq, Rusiyadan NATO-ya təhlükə qalmaqdadır və başqa forma alır.

Qərb hərbi analitiklərinin fikrincə, NATO ilə münaqişə yaranarsa, Rusiya çətin ki, Ukraynada olduğu kimi genişmiqyaslı işğala və əraziləri ələ keçirməyə cəhd etsin. Kremlin əsas məqsədi çox güman ki, NATO-nu səmərəsiz struktura çevirmək üçün Alyansın siyasi və hərbi birliyini pozmaq olacaq.

Ehtimal edilən ssenarilərdən biri Baltikyanı ölkələrdən biri kimi həssas NATO üzvünə məhdud şəkildə müdaxilə ola bilər. İşğaldan sonra Alyansın eyni vaxtda taktiki nüvə silahlarını yerləşdirmək və onlardan istifadə etməyə hazır olduğunu bəyan etməklə ərazini azad etməyə cəhd edəcəyi təqdirdə Moskva nüvə eskalasiyası ilə hədələyə bilər.

...Bu, aqressiv “nüvə müdafiəsi” strategiyasıdır: onu geri qaytarmağa cəhd etsəniz, arxadan zərbə alacaqsınız, - analitiklər qeyd edirlər.

Bundan əlavə, Rusiya Avropanın dərinliklərində mülki infrastruktura zərbələr endirərək təzyiqi artıra bilər. Kiberhücumlar, təxribat və hibrid müharibənin digər formalarından istifadə edilə bilər.

...Eyni zamanda, Kreml, bütün NATO-nun qeyd-şərtsiz təslim olmasını gözləmir. Moskva Şərqi Avropa ölkələrindən sərt cavab gözləyir, lakin Qərbi Avropa və ABŞ-da tərəddüdlərə ümid edir.

Moskvanın fikrincə, siyasi liderlər öz ərazilərində risklərdən və dağıntılardan qaçmaq üçün hərbi cavabdan çəkinə bilərlər. ...Əgər bir NATO ölkəsi belə zədələnmiş müttəfiqinə dəstək verməsə, bu, alyansın dağılması demək olacaq

Bunu ekspertlər xəbərdarlıq edir.

Münaqişənin başlaması üçün əsas amil orduların sayı deyil, Kremlin NATO-nun uzunmüddətli müqavimətə və yüksək itkilərə hazır olmadığına inamı ola bilər. Ukraynadakı uğursuzluqlara baxmayaraq, analitiklər hesab edirlər ki, Rusiya rəhbərliyi Avropanın müharibədən sonrakı strukturuna yenidən baxmaq və postsovet məkanında nüfuzunu bərpa etməkdə qərarlıdır.

ABŞ və müttəfiqlərinin cavab verməkdə ləng ola biləcəyi və ya “təslim ola biləcəyi” qorxusu fonunda Avropada təcili səfərbərlik, yenidən silahlanma eləcə də şərq cinahın gücləndirilməsi çağırışları artır.

...Rusiya Ukraynada müharibə bitdikdən sonra altı ay ərzində hücum edə bilər.

Bunu Danimarka Müdafiə Nazirliyi xəbərdarlıq edib.

Rusiya ilə NATO arasında mümkün müharibə Ukraynada baş verənlər kimi olmayacaq. Bu, orduların klassik qarşıdurması deyil, parçalanma və qorxu oyunu olacaq.

Ekspertlər hesab edir ki, Alyans nə qədər tərəddüd etsə, Kremlin riskə getmə şansı bir o qədər yüksəkdir.

Əli Babayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 May 2025 06:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri