Rusiya növbəti dəfə Ukrayna şəhərlərini hədəf alıb İndiyə qədər ki, ən böyük PUA hücumudur AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya 188 pilotsuz uçuş aparatı (PUA) ilə Ukrayna şəhərlərinə hücum edib.
“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
Məlumatda hücumun Bryansk, Orel, Kursk, Primorsko-Akhtarsk, Kiyev, Çerkassı, Kirovohrad, Çerniqov, Sumi, Xarkov, Poltava, Jitomir, Xmelnitski, Vinnitski, Çernivtsi, Ternopil, Rivne, Zaporojye, Dnepropetrovsk və Myslovsk istiqamətində olduğu vurğulanıb. Hücum zamanı "Şahid" PUA-ları ilə yanaşı, "İskəndər" raketlərindən də istifadə olunduğu bildirilib.
İlkin məlumata görə, hücumlar zamanı insan itkisi qeydə alınmayıb.
Britaniyanın “Guardian” nəşrinin məlumata görə, hücum zamanı istifadə olunan PUA sayı müharibənin başladığı gündən bu yana bir gecədə qeydə alınan ən yüksək rəqəmdir.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 26 Noyabr 2024 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















