Icma.az
close
up
RU
Rusiya ordusu dörd istiqamətdə HÜCUMA KEÇDİ Qərbə nüvə müharibəsi XƏBƏRDARLIĞI

Rusiya ordusu dörd istiqamətdə HÜCUMA KEÇDİ Qərbə nüvə müharibəsi XƏBƏRDARLIĞI

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya ordusu Sumi, Kupyansk, Pokrovsk və Zaporojye istiqamətlərində hücum əməliyyatlarını davam etdirir, lakin əhəmiyyətli nailiyyətlər əldə etməyib.
Bizim.Media xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında qeyd olunub.
 

MÖVZU İLƏ BAĞLI:
Putin Alyaska görüşünün gizlinlərini AÇIQLADI - VİDEO


Məlumata görə, avqustun 31-də Rusiya ordusu Sumi vilayətinin şimalında hücumları gücləndirsə də, irəliləyiş qeydə alınmayıb.
Ukrayna qüvvələri Sumi bölgəsində əks-hücum həyata keçirir. Eyni zamanda iddia olunur ki, rus komandirlərə şimal-koreyalı hərbçilərin mümkün iştirakı barədə tabeliyində olanlara məlumat vermək tapşırılıb. Lakin ISW bu ehtimalı aşağı qiymətləndirir və onların daha çox arxa cəbhədə istifadə oluna biləcəyini qeyd edir.
Kupyansk, Borovsk və Liman istiqamətlərində də vəziyyət dəyişməz qalır. 
Ukrayna ordusunun “Dnepr” qruplaşmasının nümayəndəsi polkovnik Viktor Trequbov bildirib ki, rus qüvvələri Serbryanski meşəsi yaxınlığında bir sıra mövqelərdə irəliləyə bilib. Ukrayna hərbçilərinin sözlərinə görə, Rusiya ordusu hücumlar üçün əsasən motosikletlərdən istifadə edir və 15 nəqliyyat vasitəsindən yalnız bir-ikisi hədəfə çatır.
Donetsk vilayətində döyüşlər Seversk istiqamətində — Dronovka, Qriqorievka, Serebryanka və Viyemka bölgələrində davam edir.
Çasov Yar istiqamətində irəliləyiş təsdiqlənməyib. Toretsk istiqamətində Rusiya qüvvələri Rusin Yar kəndini nəzarətə götürüb və Sofiyivkanın cənub-şərqinə doğru irəliləyib. Bundan başqa, Konstantinovkaya aviazərbələr endirildiyi bildirilir.
Pokrovsk istiqamətində Rusiya ordusu avqustun 31-də bütün mövqelər üzrə hücuma keçsə də, nəticə əldə etməyib. Novopavlovka bölgəsində hər iki tərəf lokal uğurlar qazanıb. Ukrayna Baş Qərargahı Dacnoye kəndinin azad edildiyini təsdiqləyib, rus qüvvələri isə Kotlyarovkanın cənub-qərbində möhkəmlənib.
Zaporojye və Xerson istiqamətlərində də Rusiyanın hücumları nəticə verməyib. 
Bununla yanaşı, rus mənbələrinə görə, Xerson və ətraf ərazilərə, o cümlədən dəmir yolu stansiyası və Karantin adasına zərbələr endirilib.
ISW qeyd edir ki, paralel olaraq Kreml Qərbin Ukraynaya dəstəyini zəiflətmək və Avropanın diplomatik səylərinə zərbə vurmaq məqsədilə çoxvektorlu informasiya kampaniyasını gücləndirib. Bunun üçün üç əsas ritorik xəttdən istifadə olunur: Avropanı müharibəni uzatmaqda ittiham etmək, Qərbə qarşı nüvə təhdidləri səsləndirmək və Rusiyanın qələbəsinin “qaçılmaz” olduğunu iddia etmək.
Bu çərçivədə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov və Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev Avropa dövlətlərini “Ukraynadakı müharibəni davam etdirməkdə maraqlı olmaqda” ittiham ediblər. ISW hesab edir ki, bu kimi açıqlamalar ABŞ-ın Avropa tərəfdaşlarına inamını sarsıtmağa yönəlib.
 

Avqustun 31-də Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Fransa prezidenti Emmanuel Makronu və Almaniya kansleri Fridrix Mersni sərt tənqid edərək hədələyib: 


“Hər şey 1945-ci ildə olduğu kimi bitə bilər — onları da yalnız dişlərindən tanıya bilərlər”.
Analitiklərin qənaətinə görə, bu cür təhdidlər və ABŞ-ın atom bombalarından istifadəsinə dair xatırlatmalar Rusiyanın “qaçılmaz qələbəsi” ritorikasını dəstəkləməyə hesablanıb. Əslində isə Rusiya Müdafiə Nazirliyinin irəliləyişlə bağlı bəyanatları şişirdilmiş xarakter daşıyır.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://bizim.media
archiveBu xəbər 01 Sentyabr 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see138

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see129

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri