Rusiya ordusuna yeni əmr verildi: Zelenskiy detallarını açıqlayıb
Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski özünün “Telegram” hesabında, Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) rəhbəri Vasili Malyukun hesabatda yazdığına əsasən məlumat verib.
“Xüsusilə UTX-nin “A” Xüsusi Əməliyyatlar Mərkəzinin (XƏM) döyüşçülərinin Pokrovski istiqamətində fəal əməliyyatlarını vurğulamaq istəyirəm. Qeyd edirik ki, Rusiya ordusu bizim mövqelərimizə istənilən şərtlərlə hücum etmək göstərişi alıb. Bu səbəbdən də düşmən itkilərinin səviyyəsi xeyli artıb”, – deyə Prezident bildirib.
Prezidentin sözlərinə görə, təkcə Pokrovski istiqamətində UTX döyüşçüləri hər gün 100-dən çox işğalçını məhv edir. Bu rəqəmə Ukraynanın digər müdafiə və təhlükəsizlik qüvvələrinin nəticələri daxil deyil.
Ötən ay ərzində UTX-nin “A” XƏM bölməsi ümumilikdə 3 028 Rusiya hərbçisini zərərsizləşdirib. Hər bir hadisə üzrə rəsmi təsdiqlənmiş məlumat mövcuddur.
Zelenski həmçinin Malyukun uzaqmənzilli zərbələrin nəticələri ilə bağlı verdiyi hesabatdan da bəhs edib. Bu zərbələr Ukrayna Təhlükəsizlik Xidmətinin bölmələri tərəfindən həyata keçirilir.
“Ukraynanın uzaqmənzilli raket-pilotlu dronlarının yüksək effektivlik göstərməsi çox önəmlidir. Rusiyanın hava hücumundan müdafiə sistemlərinin məhv edilməsində də ciddi nəticələr əldə etmişik”, – deyə Zelenski vurğulayıb.
Prezident əlavə edib ki, Ukrayna Təhlükəsizlik Xidməti Rusiya kəşfiyyat şəbəkələrinin aşkar və məhv edilməsi istiqamətində işlərini davam etdirir. “Həmçinin Rusiya hərbi potensialını zəiflətməyə yönəlmiş əməliyyatlarımızı da razılaşdırdıq”, – deyə dövlət başçısı bildirib.
Qadir, Bizimyol.info


