Icma.az
close
up
RU
Rusiya Qazaxıstan və Özbəkistana müdaxilə edərsə... Türk birliyində xaosun detalları

Rusiya Qazaxıstan və Özbəkistana müdaxilə edərsə... Türk birliyində xaosun detalları

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Mərkəzi Asiyanın dövlətləri – Qazaxıstan, Türkmənistan və Özbəkistanın Cənubi Kiprlə diplomatik münasibətləri gücləndirməsi ətrafında müzakirələr davam edir. İddia edilir ki, hər 3 dövləti Türkiyə və Şimali Kipr Türk Respublikasına qarşı qoyan Fransa və prezidenti Emmanuel Makrondur. Onun daha əvvəl Qazaxıstana, ardınca Özbəkistana səfər etməsi bu ehtimalı gücləndirir.

Orda əldə edilən razılıqlar əsasən hansılar idi?

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Mərkəzi Asiya Türk ölkələrinin Yunan Kiprdə səfirlik açması Türk Dövlətləri Təşkilatının parçalanmasına gətirib çıxarmayacaq:

“Son bir ildə Fransa prezidenti və Almaniya kansleri Mərkəzi Asiyaya səfərlər edib. Bir müddət əvvəl Özbəkistan prezidenti Fransada səfərdə oldu. Artıq Avropa İttifaqı da regionda siyasi və iqtisadi maraqlarının təmin edilməsi istiqamətində yeni strategiya ortaya qoyub. Fransa regionun uran ehtiyatlarına çıxış əldə etməyə çalışır. Afrikadan çıxan Fransa Mərkəzi Asiyada geosiyasi mövqelərini gücləndirir.

Fransa və Almaniya Mərkəzi Asiyanın təbii sərvətlərinin işlənməsi və Avropaya daşınmasını planlaşdırır. Regionun təbii sərvətlərinin Avropaya daşınmasına gəldikdə, Rusiya və İran üzərindən yolun rentabelliyi yoxdur. Azərbaycan üzərindən “Orta dəhliz” daha yaxın və təhlükəsizliyi cəlbedicidir. Qərb ölkələrinin məhz Azərbaycan üzərindən bu marşrutdan istifadə etmək istəməsi gözlənilir”.

Məhəmməd Əsədullazadə

Politoloq deyib ki, Türkiyənin Mərkəzi Asiya siyasətinə qarşı Fransa və Almaniyanın müdaxiləsi İran-Rusiya tandemi tərəfindən məmnunluqla qarşılanır:

“Çünki Türkiyənin türk dövlətlərini bir çətir altında birləşdirməsi Tehran və Moskvanı narahat edir. Türkiyə ilə eyni təşkilat daxilində sıx birləşən bu ölkələr öz təhlükəsizliklərini təmin edə bilərlər.

Mərkəzi Asiya ölkələrinin Rusiya və Çinlə rəqabətdə Avropa ölkələri ilə əməkdaşlığı iqtisadi inkişafa töhfə verəcək. Amma, bu proses təhlükəsizliyə təminat verməyəcək. Çünki əgər Rusiya Qazaxıstan və Özbəkistana müdaxilə edərsə, Qərb səssiz qalacaq. Türkiyə isə regionla bağlı təhlükəsizlik strategiyasına malikdir. Fikrimcə, Avropa ölkələri ilə əməkdaşlıq Mərkəzi Asiyanın türk ölkələri üçün perspektiv vəd etmir”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 Aprel 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see281

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see176

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri