Icma.az
close
up
RU
“Rusiya sonsuzadək danışıqları uzatmağı planlaşdırır“ “The Wall Street Journal“

“Rusiya sonsuzadək danışıqları uzatmağı planlaşdırır“ “The Wall Street Journal“

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Rusiyanın danışıqlar zamanı mövqeyini gücləndirmək üçün hərbi hücumlardan istifadə təcrübəsi var..."

Rusiya sürətli atəşkəs istəmir və müharibənin başa çatması üçün öz şərtlərini irəli sürmək məqsədilə sülh danışıqlarını sonsuzadək uzatmağı planlaşdırır.

Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.

Nəşr qeyd edir ki, Moskvanın hərbi hücumlardan danışıqlardakı mövqeyini gücləndirmək üçün istifadə etmək üzrə zəngin təcrübəsi var. Moskva bu strategiyanı Suriyadan başlayaraq İkinci Dünya müharibəsi zamanı Yalta danışıqlarına qədər tətbiq edib.

Son günlərdə ABŞ siyasətinin Rusiyanın xeyrinə kəskin şəkildə dəyişdiyi görünür. Lakin bu dəyişikliyi danışıqlar masasında razılaşmalara çevirmək asan olmayacaq. Putin təkcə Ukraynada əldə edilən ərazi qazanclarından kənara çıxan məqsədlər güdür.

"Kremlin daxilində Tramp və onun komandasının həll edilməsi lazım olan məsələlərin bütün çətinlik və mürəkkəbliyini anladığına dair ciddi şübhələr var" - Ağ Evin Rusiya üzrə sabiq  müşaviri Tomas Qrem bildirib.

Döyüş meydanındakı uğurlar Putini ruhlandırır

"Rusiyanın döyüş meydanında vəziyyəti yaxşılaşdıqca, onlar yalnız təzyiqləri artırır," - RAND analitik mərkəzinin baş politoloqu Semyuel Çarap deyib. "Təsəvvür edə bilərəm ki, Baş Qərargah zabitləri Putini inandırmağa çalışır ki, indi "qaz əyləcini sıxmaq" və maksimal ərazi qazanclarına nail olmaq üçün ən uyğun zamandır".

Bununla yanaşı, Rusiya, çox güman ki, müharibənin əvvəlində İstanbulda müzakirə edilən şərtlərə bənzər tələblərdə israr edəcək. Həmin danışıqlarda Moskva Ukrayna ərazisinə xarici silahların buraxılmamasını və Ukrayna ordusunun müəyyən həddə qədər azaldılmasını tələb edib.

Rusiya həmçinin Vaşinqton və Kiyev arasında kəşfiyyat məlumatlarının mübadiləsinin dayandırılmasını istəyir. Çünki bu, tərəflərdən heç biri tərəfindən rəsmi tanınmasa da, Ukraynaya Rusiyanın ən həssas hədəflərinə zərbələr endirməkdə kömək edir. Bu barədə Rusiyanın mövqeyi ilə tanış olan bir mənbə bildirib.

Tramp strategiyanı dəyişib

Danışıqlar davam etdiyi müddətdə ABŞ-ın Moskvaya təzyiq göstərmək üçün,  məsələn, Rusiya neftinin ixracına qoyulan məhdudiyyətlərin sərtləşdirilməsi və ya Kiyevə daha çox hərbi yardım göndərilməsi kimi bəzi vasitələri var. Lakin son vaxtlar Tramp açıq şəkildə göstərir ki, o, daha "nəzakətli üsluba" üstünlük verir və onun köməkçiləri sanksiyalar barədə bəyanatları azaltmağa çalışır.

Tomas Qremin sözlərinə görə, Tramp Kreml ilə sürətli bir razılaşma əldə etməyə çalışarkən danışıqları irəli aparmaq üçün iki seçimi olacaq- ya Moskvaya, ya da Kiyevə təzyiq göstərmək. Trampın son zamanlarda Zelenskini sərt tənqid etməsi onun Kiyevə təzyiq göstərməyi seçdiyini göstərir. Çünki bu, Moskva ilə müqayisədə daha asan hədəfdir.

Bundan əlavə, Putin Tramp administrasiyasının Rusiyanı tez bir zamanda "həll olunmuş problem" kimi görüb, onu unudaraq Çin və digər məsələlərə yönəlməsini istəmir.

"Onlar ABŞ ilə müəyyən müddət ərzində qarşılıqlı əlaqədə olmaq istəyir" - Qrem bildirib. "Onlar ABŞ-ın və ya Trampın düşünməsini istəmirlər ki, bu, iki-üç aya həll olunacaq məsələdir və bundan sonra mən? sadəcə, Çinlə məşğul olub rusları unudacağam".

Atəşkəs danışıqları

Bundan öncə Ağ Evin mətbuat katibi Karolin Livitt bəyan edib ki, ABŞ prezidenti Donald Tramp Rusiya ilə razılıq əldə edərək Ukraynadakı müharibəyə son qoymaq bacarığına malikdir. O, hətta ehtimal edib ki, müharibə artıq gələn həftə başa çata bilər. Lakin Ukrayna prezidenti Vladimir Zelenski vurğulayıb ki, bu, Ukrayna üçün təminat olmadan mümkün deyil.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 Fevral 2025 20:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri