Icma.az
close
up
RU
Rusiya Suriyada birinci oyunçu deyildi, ona görə də... AÇIQLAMA

Rusiya Suriyada birinci oyunçu deyildi, ona görə də... AÇIQLAMA

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

"Suryada yaşananlar bir ssenari əsasında baş verməkdədir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Onun sözlərinə görə,  Əsəd rejiminin devrilməsi, qoşunlarının demək olar ki, müqavimət göstərmədən təslim olması, Hizbullahın Suriyanı tərk etməsi də bundan xəbər verir. Keçmiş nazirə görə, baş verənlər Qərbin Əfqanıstandan çıxmasına bənzəyir.

T.Zülfüqarov bildirib ki, Rusiya Suriyada birinci oyunçu deyildi, ona görə də Moskvanın atacağı addımların, verəcəyi qərarların həlledici olacağı gözlənilmirdi:

"İndiyədək hələ bu suala cavab tapılmayıb ki,"Rusiya Suriyada neynəyirdi?" Rusiyanın Suriyada hərbi bazalarının olduğunu söyləyirlər. Düzdür, 1970-ci illərdən bəri Rusiyanın Suriyada hərbi dəniz qüvvələrinin bazası var idi. Amma bu, texniki xarakter daşıyan bir bazaydı. Yəni texnikaların kiçik təmir işləri, yanacaqla təmin olunması və s. məsələlərlə məşğul olurdular. Ancaq 1990-cı illərdən etibarən Rusiyanın heç Aralıq dənizində dəniz donanması da yoxdur. Silah növlərinin dəyişməsi, raketlərin gəmilərdən yox, istənilən yerdən işə salınması daha məntiqlidir”.

Sabiq nazir qeyd edib ki, söhbət ondan gedir ki, Rusiyanın Suriyada aktiv siyasəti daha çox propoqanda məqsədlərinə xidmət edirdi. Moskva bu təbliğatdan geniş istifadə edirdi:

“Praktiki baxımdan isə heç bir məna daşımırdı. Rus qoşunlarının təchizatı üçün İrandan, yaxud İstanbul boğazından təyyarələr getməlidir. Yəni bir qərarla rus bazasının təchizatına son qoyula bilərdi. Ona görə Rusiyanın Suriyanı tərk etməsi əslində uzun müddət aparılan təbliğat layihəsinin sonudur".

Tofiq Zülfüqarov: İndiyədək “Rusiya Suriyada neynəyirdi” sualına cavab tapılmayıb

Müsahibimiz vurğulayıb ki, İran üçün isə Suriya siyasi və təbliğat baxımından ciddi əhəmiyyət kəsb edirdi:

"Hələ Qacarlardan etibarən İranla Osmanlı arasındakı mübarizədə "şiə koridoru" deyilən bir layihə mövcud idi. Yəni İrandan Aralıq dənizinə gedən və İranın təsiri altında olan dəhlizin yaradılması bir imperiya layihəsidir. Bu imperiya layihəsini indiki İran da bu və ya digər formada davam etdirmək niyyətində idi. Fələstinə yardım da bu layihənin tərkib hissəsi idi. Son 2 il ərzində İranın "müqavimət cəbhəsi"nin bəzi elementləri aradan qalxmaqdadır. Sonuncu cəbhə də Suriyada Əsəd rejimi idi. İsrail hərbi əməliyyatlarla Suriya ərazisində yerləşən silahlı qüvvələrin bazalarına çox ciddi ziyan vurdu".

Aydın Baxış

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 12 Dekabr 2024 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see595

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see532

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see267

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see264

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see255

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see252

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see235

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see226

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see225

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see225

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see180

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see176

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see173

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri