Icma.az
close
up
RU
Rusiya təhlükəsi artır: Ukraynadan sonra növbə kimindir? ŞƏRH

Rusiya təhlükəsi artır: Ukraynadan sonra növbə kimindir? ŞƏRH

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


“ABŞ-la yaşanan gərginlik Ukrayna üçün heç də müsbət perspektiv vəd etmir. Zelenskinin Londona getməsi və orada Avropanın aparıcı ölkələrinin toplanaraq Ukraynaya dəstək ifadə etmələri müsbət haldır. Bu toplantıda aparıcı ölkələr bildirdilər ki, Ukraynanın təhlükəsizliyinə ABŞ-ın iştirakı olmadan zəmanət vermək ciddi perspektiv vəd etmir. Bu baxımdan, Zelinskiyə təklif olundu ki, hansısa formada ABŞ ilə təmasları bərpa etsin. Hər halda, vəziyyət kifayət qədər qarışıqdır”.

Bunu Bakupost.az -a politoloq Oqtay Qasımov bildirib.

O qeyd edib ki, ABŞ Ukrayna müharibəsi ilə bağlı siyasətində radikal dəyişiklik edib. Əgər ABŞ vəd verdiyi yardımları kəsəcəksə, bu, bir neçə ay sonra Ukrayna üçün ciddi nəticələrə gətirib çıxara bilər:

"Avropa İttifaqı Ukraynaya dəstək olduğunu bəyan etsə də, nəzərə almaq lazımdır ki, Avropanın özünün hərbi-sənaye kompleksi ciddi şəkildə inkişaf etməyib və ABŞ-dan asılı vəziyyətdədir. Hazırda Ukrayna ilə bərabər Avropa İttifaqı özü də Rusiya təhlükəsi ilə üz-üzədir. Türkiyə Londonda keçiriləcək Avropa sammitində Ukrayna ilə bağlı təkliflərini açıqlayacaq. Türkiyə Avropa liderlərinin London görüşündə Ankaranın Ukrayna və Rusiya arasında birbaşa sülh danışıqlarının aparılması təklifini təkrarlayacaq. Ölkənin Xarici İşlər Nazirliyi 2022-ci ilin martında Ukrayna və Rusiya arasında birbaşa danışıqlara ev sahibliyi edən Türkiyənin yaxın gələcəkdə bu rolu yenidən öz üzərinə götürməyə hazır olduğunu vurğulayacaq. Danışıqlarda iştirak edən tərəflərin diqqətini “uzunmüddətli regional təhlükəsizlik və sabitlik, eləcə də iqtisadi rifah məsələləri” üzərində cəmləməli olacağı gözlənilir".

Sevinc,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 04 Mart 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri