Rusiya Trampa məhəl qoymur: Bu vəziyyət heç xoşuma gəlmir
Sfera.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Trampın Ukraynaya qarşı artan hava hücumları ilə bağlı Rusiyaya etdiyi xəbərdarlığa Moskva cavab verib. Tramp Rusiyanın bombardmanlarını dayandırmasını tələb edərək, “Bu gedişat xoşuma gəlmir” deyib. Kreml isə münaqişənin sülh yolu ilə həllinin yalnız müəyyən şərtlərlə mümkün olduğunu bildirib.
Sfera.az “Hürriyet”ə istinadən xəbər verir ki, iki aydan artıqdır Ukrayna müharibəsini dayandırmaq üçün diplomatik səylər göstərən Tramp, Ağ Evdə jurnalistlərə açıqlamasında Rusiya və Ukrayna liderlərinin sülh istədiklərini bildirmələrinə baxmayaraq, hücumların davam etdiyini vurğulayıb:
“Bu vəziyyət heç xoşuma gəlmir. Rusiya tərəfi ilə danışırıq. Ümid edirəm ki, etdiklərinə son verərlər”.
Kreml sözçüsü Dmitri Peskov isə Trampın bu açıqlamasına cavab olaraq, Prezident Vladimir Putinin Ukraynada atəşkəsə dəstək verdiyini, lakin bunun üçün Rusiyanın cavabını gözlədiyi sualların olduğunu deyib:
“Ukrayna münaqişəsinin həlli Rusiyanın maraqları nəzərə alınmadan mümkün deyil”.
Qeyd edək ki, Moskva sülh danışıqlarına açıq olduğunu bildirir, lakin öz şərtləri çərçivəsində. Vaşinqton isə hücumların dərhal dayandırılmasını tələb edir. Münaqişənin hansı istiqamətdə inkişaf edəcəyi hələlik qeyri-müəyyəndir.
Bəsti Rəfizadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 08 Aprel 2025 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















