Icma.az
close
up
RU
“Rusiya üçün Ermənistanda artıq hərbi çevriliş variantı da real deyil, çünki…”

“Rusiya üçün Ermənistanda artıq hərbi çevriliş variantı da real deyil, çünki…”

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

“Putinin son açıqlamaları da göstərir ki, o, reallıq hissini itirib.  Faktiki olaraq, heç bir təsir imkanları olmadığı halda Ermənistana mesaj göndərir…”

“Moskvadakı 9 may paradı zamanı işğalçı Rusiya diktatoru Vladimir Putinin Ermənistanla, Cənubi Qafqazla bağlı söylədikləri (dolayısıyla hədə-qorxu gəlməsi) fonunda Paşinyan hakimiyyətinin və ümumiyyətlə, Cənubi Qafqazın gələcəyini necə görürsüz?” 

Bu sualla müraciət etdiyimiz AzVP sədri Akif Nağı cavab olaraq Moderator.az üçün aşağıdakı fikir və mülahizələri səsləndirib:

“Rusiyanın, Putinin  real vəziyyəti son 9 May paradından sonra aydın görünür. Heç bir yaxın müttəfiqi yoxdur. Müəyyən şərtlər daxilində, bəzi amillərin təsiri altında Rusiya liderinin çox  xahişlərindən sonra yalnız Belarus, Qazaxıstan və Özbəkistan kimi ölkələrin rəhbərləri həmin tədbirə qatıldılar. Putinin ciddi xarici tərəfdaşlarından da iştirak edən olmadı. “BRIKS” təşkilatından isə demək olar ki, heç kim iştirak etmədi, Şanxay Əməkdaşlıq Təşkilatı da orada təmsil olunmadı. Çinlə yaxın münasibətlər barədə danışılırdı, amma Çin də heç bir səviyyədə təmsil olunmadı. Bir sözlə, Putin və bütövlükdə Rusiyanın rəhbərliyi faktiki olaraq dünyada gedən proseslərdən tam təcrid olunmuş vəziyyətdədir. Özlərini elə  göstərməyə çalışırlar ki, guya heç bir qorxulu şey baş vermir. Amma durumları göz qabağındadır…

Ukrayna cəbhəsində də Rusiyanın vəziyyəti yaxşı deyil və getdikcə pisləşir.  Digər istiqamətlərdə, xüsusilə Yaxın Şərqdə də ciddi təsir imkanları qalmayıb... 

Bu gün Moldovada da proseslər Rusiyanın istədiyi istiqamətdə getmir. Artıq bu ölkə də Avropaya inteqrasiya yolunda irəliləyir.  Cənubi Qafqaza gəldikdə, nə qədər qeyri-məntiqi görünsə də, əvvəllər Qərbpərəstliyi ilə seçilən Gürcüstanda Rusiyanın mövqeyi möhkəmlənir. Yəni orada ziddiyyətli durum yaranıb.  Amma hesab edirım ki, bu da uzun müddət davam etməyəcək və Rusiya böyük ehtimalla Gürcüstanda tam möhkəmlənə bilməyəcək. 

Azərbaycan isə tam şəkildə mövqeyini ortaya qoyub. Heç bir məsələdə Rusiyaya güzəştə getmədi. Rusiyalı ekspertlər də artıq Kremlin Azərbaycana təsir imkanlarının qalmadığını etiraf edirlər…

Paşinyan hakimiyyətinin Qərbə inteqrasiya yolunu tutmasına rəğmən Ermənistan Rusiya üçün son ümid yeridir. Orada Rusiya var gücü ilə öz təsir imkanlarını qorumağa və bərpa etməyə çalışır, amma faktiki olaraq dəyişiklik edə bilmir. Moskva oradakı Rusiya bazasına, kilsəyə və revanşist siyasi dairələrə güvənir. Ancaq Ermənistan rəhbərliyi kifayət qədər uğurlu manevrlər edir; Rusiyanın qıcıqlandırmasına baxmayaraq, Avropa ilə əlaqələrini qoruyur. Avropa Siyasi Birliyinin Ermənistanda yüksək səviyyəli son zirvə toplantısı və əksər Avropa ölkələrinin iştirakı bu reallığı göstərir. Bütün bunlar fonunda Putinin son açıqlamaları da göstərir ki, o, reallıq hissini itirib.  Faktiki olaraq, heç bir təsir imkanları olmadığı halda Ermənistana mesaj göndərir, məsləhət verir ki, seçim etsinlər, referendum keçirsinlər. Halbuki hansısa referendum keçirmək hər bir ölkənin öz daxili işidir.  Rusiya liderinin bu davranışı dövlətlərarası münasibətlərdə taktsız və etikadan kənar bir addımdır. Və “ya bizimlə olun, ya da…” mesajı bir növ Stalin yanaşmasıdır…

Bütün bunlar göstərir ki, Rusiyanın Ermənistanda və ümumiyyətlə, Cənubi Qafqazda əvvəlki təsir imkanlarını bərpa etmək perspektivi yoxdur. Əvvəla, maliyyə və iqtisadi imkanları məhduddur. İkincisi, hərbi və siyasi gücü də kifayət etmir. Digər bir siyasi diktat aləti də yoxdur.  Bu səbəbdən Rusiya üçün ağıllı siyasət regiondakı proseslərin axın və məntiqini düzgün başa düşmək və diktat mövqeyindən geri çəkilərək həmin prosesə qoşulmaq olardı. Suveren ölkələrə qarşı bu cür diktat, hədə-qorxu mövqeyində qaldıqca, Rusiya yalnız öz vəziyyətini çətinləşdirəcək…

Xülasə, hazırda Cənubi Qafqaz ölkələri öz müstəqil siyasətlərini müəyyənləşdirir. Azərbaycan regionun lider ölkəsidir. Və Gürcüstan da  onunla siyasətini uyğunlaşdırır. Ermənistan da açıq şəkildə bu xətt üzrə irəliləyir və deyərdim ki, öz üzünü Qərbdən daha çox Azərbaycan və Türkiyə ittifaqına, onun strategiyasına doğru yönəldibdir, bu ittifaqın cızdığı yol xəritəsi ilə gedir. Rusiyanın Ermənistandakı təsir imkanları isə öncə dediyimiz kimi həddindən artıq zəifdir. İndi Kremlin, Putinin əsas tərəfdarı olan Köçəryan seçkiqabağı müəyyən görüş və kampaniyalar keçirir. Lakin bunlarla Ermənistandakı seçkilərin nəticələrinə təsir etmək artıq mümkün deyil. Heç Moskvanın da müxalifətə ciddi dəstək vermək imkanı yoxdur.  Hər hansı təxribata getməyə çalışa bilərlər, məsələn, hərbi çevrilişə cəhd göstərə bilərlər. Amma o variant da artıq real deyil. Həm də Ukrayna bataqlığında çabalayan  Rusiya özü üçün ikinci cəbhə açmaq istəməz.  Əgər ağılları başlarından çıxıb nəsə etsələr, bu da nəticə verməz. Çünki bu gün artıq hər kəs anlayır ki, regiondakı vəziyyət faktiki olaraq Azərbaycan və Türkiyənin nəzarətindədir…

Rusiyanın regiona müdaxiləsi faktiki olaraq Azərbaycan və Türkiyəyə qarşı hərəkət olardı və nəticəsi uğursuzluqla nəticələnərdi. Buna görə də Cənubi Qafqaz ölkələrinin inkişaf yolu artıq müəyyənləşib və Azərbaycan və Türkiyənin strategiyasına uyğun irəliləyir. Regiondakı bütün oyunçular Azərbaycan və Türkiyənin gücünü, türk dünyasının təsirini və dəyanətini nəzərə alırlar...

Rusiyanın regiondakı yeganə müttəfiqi kimi qalan İran da məlum səbəblərdən artıq proseslərə ciddi təsir edə bilmir. Eyni zamanda Qərb- ABŞ və Avropa regionda sabitliyi qorumaq üçün Azərbaycan və Türkiyəni əsas tərəfdaş kimi görür. Bu da göstərir ki, perspektivdə Cənubi Qafqaz Azərbaycan və Türkiyənin istədiyi istiqamət üzrə inkişaf edəcək...”

Təqdim etdi:

Sultan Laçın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 May 2026 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri