Icma.az
close
up
RU
Rusiya Ukrayna bataqlığından miqrant hesabına çıxmağa çalışır TƏHLİL

Rusiya Ukrayna bataqlığından miqrant hesabına çıxmağa çalışır TƏHLİL

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanlılar da risk altında

Ukraynada davam edən müharibə fonunda Rusiya Federasiyası insan resursu böhranı ilə üzləşib. Səfərbərlik dalğaları, minlərlə rus gəncinin ölkədən qaçması, döyüşlərdə itkilərin artması və cəbhəyə könüllü getmək istəyənlərin azalması ölkəni yeni çıxış yolları axtarmağa vadar edib. Bu axtarışın ən diqqətçəkən və narahatedici istiqamətlərindən biri isə miqrantların hərbi xidmətə cəlb olunmasıdır. Üstəlik, bu prosesin arxasında ciddi təzyiq, şantaj və məcburetmə halları dayanır.

Faktlar nə deyir?

2024 və 2025-ci illərdə Orta Asiya ölkələrindən Rusiyaya gələn miqrantlara qarşı müxtəlif zorakı cəlbetmə üsulları müşahidə olunur. Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstandan olan yüzlərlə miqrant, həmçinin Azərbaycan vətəndaşları Rusiyada yaşıllıq, inşaat, xidmət sektorlarında çalışdıqları halda, birdən-birə hərbi komissarlıqlara çağırılır, sənədləri müsadirə edilir və müqavilə imzalamağa məcbur edilirlər.

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin da bir müddət öncə bildirmişdi ki, son bir ildə Rusiyada vətəndaşlıq almış 80 min miqrant hərbi qeydiyyatdan yayınıb. Onlardan 20 min nəfəri artıq Ukrayna cəbhəsinə göndərilib.

Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya ordusunda xidmət edən miqrantların sağ qalma ehtimalı çox aşağıdır, çünki onlara ən riskli cəbhə xəttləri tapşırılır.

İnsan Hüquqları Müdafiə Qruplarının hesabatları Rusiyanın işğal etdiyi Ukrayna ərazilərində də miqrantları zorla müqavilə imzalamağa məcbur etdiyini təsdiqləyir.

Azərbaycanlı miqrantlar da eyni risklə üz-üzədir

Hələlik rəsmi mənbələrdə azərbaycanlıların məcburi şəkildə cəbhəyə göndərilməsi ilə bağlı konkret statistika açıqlanmayıb. Lakin Rusiya miqrant siyasətinin ümumi dinamikası, Orta Asiyadan olan digər icmaların yaşadıqları problemlər Azərbaycan vətəndaşlarının da eyni təhdidlərlə qarşılaşa biləcəyinə işarə edir.

Xüsusilə Moskvada və digər iri şəhərlərdə yaşayan azərbaycanlı miqrantlar, pasport məsələlərində və qeydiyyat prosedurlarında tez-tez inzibati təzyiqlərə məruz qalırlar.

Rəsmi statistikalar Rusiyada yaşayan azərbaycanlıların sayını 500-600 min arasında göstərsə də, qeyri-rəsmi qiymətləndirmələr bu rəqəmin 2 milyondan artıq olduğunu bildirir. Bu fərqliliklər əsasən qeydiyyatsız miqrantların və müvəqqəti yaşayanların statistikaya daxil edilməməsi ilə əlaqədardır. Bu isə azərbaycanlıları risk altına düşən ən iri miqrant icmalarından birinə çevirir.

Bir sözlə, vətəndaşlıq verilməsi qarşılığında “xidmət borcu” şərti artıq açıq və ya gizli şəkildə azərbaycanlılara da tətbiq oluna bilər.

Hədəflənən əsas qruplar, yeni vətəndaşlıq alanlar və sənədsiz miqrantlar

Moskva və Sankt-Peterburq daxil olmaqla bir çox regionda 2023-cü ildən bəri miqrantlar üçün “hərbi qeydiyyat yoxlamaları” intensivləşdirilib. Əsas hədəflər bunlardır:

Yeni Rusiya vətəndaşlığı alan şəxslər

Qeydiyyatsız yaşayanlar və sənədsiz işçilər

Cinayət məsuliyyətinə cəlb olunan, lakin cəza əvəzinə cəbhəyə getməyə məcbur edilənlər.

Ekspertlərin fikrincə, Rusiya hökumətinin bu siyasəti həm daxili itkiləri azaltmaq, həm də ictimai narazılığı minimuma endirmək məqsədi daşıyır. Öz vətəndaşlarını cəbhəyə göndərmək əvəzinə, Rusiyada yaşayan və hüquqi cəhətdən zəif olan miqrant qrupları hədəf seçilir.

Beləliklə, “etnik olmayan rus əsgərlərin ölüm xəbərləri” Kreml üçün daha az ictimai rezonans yaradır.

Rusiya mediasında miqrant əleyhinə ritorika və ictimai münasibət

Son aylarda Rusiya mediasında və rəsmi bəyanatlarda miqrantlara qarşı neqativ ritorikanın artması da diqqət çəkir. Sosial şəbəkələrdə və bəzi dövlətə yaxın media orqanlarında “miqrantlar vəzifələrini yerinə yetirməlidir”, “vətəndaşlıq alanlar ölkəyə borcludur” kimi çağırışlar artıb. Bu da miqrantlara qarşı ictimai təzyiqi daha da gücləndirib.

Məsələn, Rusiya Dövlət Dumasının bəzi deputatları açıq şəkildə bəyan ediblər ki, “mühacirlərin və yeni vətəndaşların ilk növbədə cəbhəyə göndərilməsi lazımdır.

Beynəlxalq hüquq və insan haqları pozuntuları

Beynəlxalq İnsan Hüquqları təşkilatlarının hesabatlarına görə, Rusiya Federasiyası Cenevrə Konvensiyasının və BMT-nin İnsan Hüquqları Bəyannaməsinin bir sıra müddəalarını pozur. Miqrantların iradələrinə zidd olaraq hərbi xidmətə cəlb edilməsi, onların təhlükəsizliyinə və hüquqlarına birbaşa təhdiddir.

Müharibənin gedişatı uzandıqca, Rusiyada miqrantlara qarşı təzyiqlərin daha da artacağı proqnozlaşdırılır. Azərbaycan vətəndaşları da daxil olmaqla, Rusiyada yaşayan bütün miqrant icmaları üçün risklər getdikcə yüksəlir. Hazırda hüquq müdafiəçiləri və beynəlxalq təşkilatlar bu məsələni diqqətdə saxlayır.

Modern Təhlil və Araşdırma Qrupu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:272
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 İyun 2025 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri