Icma.az
close
up
RU
RUSİYA UKRAYNA MÜHARİBƏSİ BİTİR? Putinin ABŞ yə göndərdiyi nümayəndəsindən sensasiyalı açıqalma

RUSİYA UKRAYNA MÜHARİBƏSİ BİTİR? Putinin ABŞ yə göndərdiyi nümayəndəsindən sensasiyalı açıqalma

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

“Ukrayna münaqişəsinin diplomatik həllinə çox yaxınıq”

Hazırda Vaşinqtonda səfərdə olan Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri və Vladimir Putinin ABŞ ilə danışıqlarda xüsusi nümayəndəsi Kirill Dmitriyev gözlənilməz açıqlamalar verib.

“AzPolitika” xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, Dmitriyev Moskva, ABŞ və Ukraynanın müharibəyə son qoyacaq diplomatik həll yoluna yaxın olduğunu bəyan edib.

"İnanıram ki, Rusiya, ABŞ və Ukrayna əslində diplomatik həll yoluna olduqca yaxındırlar", - Dmitriyev Vaşinqtonda jurnalistlərə deyib.

Bundan əvvəl Avropa diplomatları agentliyə bildirmişdilər ki, Avropa ölkələri Ukrayna ilə birgə hazırkı cəbhə xətti boyunca yeni atəşkəs təklifi üzərində işləyirlər. Bu plana əsasən, ABŞ nizamlamada mərkəzi rol oynayacaq.

“Prezident Zelenskinin söhbətin cəbhə xəttindən getdiyini etiraf etməsi artıq böyük bir addımdır. Bilirsiniz, onun əvvəlki mövqeyi Rusiyanın tamamilə geri çəkilməli olması idi, ona görə də, əslində, düşünürəm ki, biz hazırlanacaq diplomatik həll yoluna çox yaxınıq”, - deyə Dmitriyev bildirib.

Agentlik qeyd edir ki, Vladimir Putinin xüsusi nümayəndəsinin ABŞ-yə səfəri bu yaxınlarda Moskvaya qarşı elan edilmiş Amerika sanksiyaları fonunda baş tutur. Buna baxmayaraq, Dmitriyevin sözlərinə görə, Rusiya ilə ABŞ arasında dialoq davam edəcək: "Əlbəttə ki, bu, yalnız Rusiyanın maraqları nəzərə alındıqda və ona hörmət edildikdə mümkündür".

Xatırladaq ki, Kirill Dmitriyevin Donald Tramp administrasiyasının nümayəndələri ilə rəsmi danışıqlar aparmaq üçün ABŞ-yə səfər etməsi Kremlin təşəbbüsüdür. Görüş Vaşinqtonun Moskvaya qarşı yeni sərt sanksiyalar elan etməsindən və Trampın Putinlə Budapeşt görüşünü ləğv etməsindən bir neçə gün sonra baş tutur. “Axios” qeyd edib ki, Dmitriyev 25 oktyabrda Mayamidə Trampın nümayəndəsi Stiv Uitkoffla görüşəcək.

Qeyd edək ki, son Tramp-Putin telefon danışığından və Trampın Budapeşt sammitinə razılıq verməsindən sonra Kreml özünü inamlı hiss etməyə başlamışdı. Bunun təzahürü olaraq, Rusiya XİN başçısı Sergey Lavrov özündən razı şəkildə Rusiyanın mövqeyinin dəyişmədiyini, “müharibənin ilkin səbəbləri aradan qaldırılmayınca” atəşkəs olmayacağını bəyan etmişdi. Kremlin bu mövqeyindən sonra Tramp gözlənilmədən Budapeşt sammitini ləğv edərək, Rusiyanın iki əsas neft şirkəti olan “Rosneft” və “Lukoil”-ə qarşı sərt sanksiyalar tətbiq etdi. Həmçinin, Rusiya neftinin əsas alıcılarından olan Hindistanı Moskvadan neft alışını dayandırmasına razı saldığını bəyan etdi. Eləcə də, Ağ Evin Ukraynanın Rusiyanın dərinliklərinə raket zərbələri endirməsinə icazə verdiyi açıqlandı. Həmçinin. “Tomaqavk”-ların Kiyevə ötürülməsi mövzusu yenidən gündəmə gətirildi. Bütün bunlar Putinin diplomatik uğursuzluğunun və Trampın sözdən daha qətiyyətli addımlara keçdiyinin göstəricisi oldu. Görünür, bu təzyiqlər Putini Dmitriyevi təcili Vaşinqtona göndərməyə vadar edib. Dmitriyevin “Ukrayna münaqişəsinin həllinə çox yaxınıq” ifadəsinin arxasında hansı real addımların durduğunu isə yəqin ki, yaxın günlərdə görəcəyik.

C.Məmmədli

“AzPolitika.info”  

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 Oktyabr 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri