Icma.az
close
up
RU
Rusiya Ukrayna müharibəsi hərbi həlli yoxdur

Rusiya Ukrayna müharibəsi hərbi həlli yoxdur

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

“Rusiyanın Ukraynanın enerji infrastrukturu və humanitar obyektlərinə zərbələr endirməsi, təbii ki, onun cəbhədə irəliləyə bilməməsi və yeni ərazilər işğal etməkdə çətinlik çəkməsi ilə bağlıdır. Göründüyü kimi, Rusiya bu istiqamətdə ciddi irəliləyiş əldə edə bilmir, Donbasın inzibati sərhədlərinə çıxa bilmir”.

Gununsesi.info bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib:

“Buna görə də Ukraynanın körpülərini, enerji və mülki infrastrukturunu hədəfə almaqla ölkə daxilində sosial narazılıq və etirazlara səbəb ola biləcək proseslərə təkan verməyə çalışır.

Təbii ki, bu zərbələr Ukraynanı müəyyən mənada çətin vəziyyətə salır. Ukrayna parlamentində bəzi deputatların Rusiya ilə razılaşmaya getməklə bağlı açıqlamaları da bunun göstəricisidir. Lakin nə Ukrayna hökuməti, nə də siyasi müxalifət Rusiyanın ərazi güzəştləri qarşılığında irəli sürdüyü şərtləri qəbul etməyə hazır görünür. Bu, Ukrayna üçün əsas qırmızı xətlərdən biridir.

Eyni zamanda, Avropa ölkələri, xüsusilə Almaniya, Böyük Britaniya və Fransa Ukraynanın yanında olmağa davam edir. Ukraynanın Rusiyaya ciddi güzəştlərə getməsi, əslində, ölkənin dövlətçiliyinin zəifləməsi ilə nəticələnə bilər.

Ümumiyyətlə, Vladimir Putinin məqsədi yalnız Ukraynanın müəyyən ərazilərini ələ keçirmək deyil. Moskva Ukraynanın Rusiyanın təsir dairəsində olmasını və ölkədə Rusiyaya yaxın siyasi hakimiyyətin formalaşmasını istəyir. Buna görə də Rusiya hərbi əməliyyatları dayandırmır və müharibəni davam etdirməyə çalışır. Donbasın işğalı da bu strategiyanın yalnız bir hissəsidir.

Məhz bu baxımdan, Rusiyanın ABŞ tərəfindən irəli sürülən bəzi təklifləri qəbul etməməsi də göstərir ki, Moskvanın məqsədi sadəcə neytral Ukraynanın formalaşması deyil. Rusiya daha çox öz təsir dairəsində olan, Moskvanın siyasi və təhlükəsizlik maraqlarını nəzərə alan Ukrayna istəyir. Putinin əsas strategiyası da bundan ibarətdir.

Rusiya Ukraynada qalib gəlməklə öz təsir zonasını genişləndirməyi və böyük dövlət statusunu daha da möhkəmləndirməyi hədəfləyir. Lakin Rusiyanın Ukraynanı tam işğal etmək imkanlarının əvvəlki dövrlə müqayisədə xeyli məhdudlaşdığı da görünür. Hətta Rusiya Ukraynanın mülki infrastrukturuna və şəhərlərinə böyük zərbələr endirsə belə, bunun Ukraynanın təslim olmasına gətirməyəcək. Əksinə, bu, müharibənin daha da uzanmasına və tərəflər arasında qarşılıqlı zərbələrin intensivləşməsinə səbəb ola bilər”.

Onun fikrincə, Rusiya-Ukrayna müharibəsinin hazırkı mərhələdə hərbi yolla həll olunması mümkün deyil:

“Nə Ukrayna Rusiyanı hərbi yolla məğlub edə bilir, nə də Rusiyanın Ukrayna üzərində tam qələbə qazanmaq imkanları real görünür. Bu baxımdan, müharibənin həlli yalnız diplomatik kompromis yolu ilə mümkündür.

Yalnız Vladimir Putin mövcud reallıqları qəbul etməli, qoşunların dayandığı xətt üzrə atəşkəsə razılaşmalı və danışıqlar prosesinə qayıtmalıdır. Çünki qarşılıqlı zərbələr hər iki tərəfi böyük itkilərə məruz qoyur və uzunmüddətli perspektivdə bu müharibənin davam etdirilməsi həm Rusiya, həm də Ukrayna üçün ciddi siyasi, iqtisadi və humanitar nəticələr yaradır.

Rusiyanın nüvə silahından istifadə etməsi  ilə bağlı Vladimir Putinin son açıqlamalarına gəldikdə isə, bu, daha çox Qərbə qarşı siyasi və psixoloji təzyiq vasitəsidir. Moskva bununla Qərbin Ukraynaya hərbi və siyasi dəstəyini məhdudlaşdırmağa, eyni zamanda, danışıqlar prosesində öz mövqelərini gücləndirməyə çalışır”.

Afət

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 06 Oktyabr 2026 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see490

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see375

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see261

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see261

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see245

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see232

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see217

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see217

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see214

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see207

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see205

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see191

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see183

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see183

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see177

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see177

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see174

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see173

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see168

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri