Icma.az
close
up
RU
Rusiya Ukrayna müharibəsi: Münaqişənin sona çatması üçün mümkün şərtlər və Putinin mövqeyi

Rusiya Ukrayna müharibəsi: Münaqişənin sona çatması üçün mümkün şərtlər və Putinin mövqeyi

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsi hələ də davam edir və tərəflərin sərt mövqeləri səbəbindən yaxın zamanlarda tam atəşkəsə və ya sülh razılaşmasına nail olunması real görünmür.

Münaqişənin sona çatması üçün isə həm hərbi, həm diplomatik, həm də iqtisadi şərtlərin bir araya gəlməsi vacibdir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Tural İrfan bildirib ki, Ukrayna rəhbərliyi işğal olunmuş ərazilərin - Donbas və Krımın azad edilməsini sülh prosesinin əsası kimi irəli sürür. Prezident Vladimir Zelenski və onun komandasının fikrincə, bu ərazilərdən imtina etmək ölkənin suverenliyinə və ərazi bütövlüyünə zidd olardı. Buna görə də rəsmi Kiyev geri çəkilmə və ya kompromisə getmək niyyətində deyil və bu məsələni hərbi və diplomatik mübarizənin əsas prioriteti kimi saxlayır:

"Digər tərəfdən, Rusiya Federasiyası tutduğu əraziləri strateji və siyasi baxımdan vacib hesab edir. Bu ərazilərdən çəkilmək Kreml üçün daxili auditoriya və beynəlxalq imic baxımından “məğlubiyyət” kimi dəyərləndirilə bilər. Eyni zamanda, müharibənin uzunmüddətli davamı Rusiya iqtisadiyyatına ciddi zərbələr vurur: Qərbin tətbiq etdiyi sanksiyalar, texnoloji blokadalar və xarici sərmayənin kəsilməsi Moskvanın iqtisadi sabitliyini zəiflədib. Bundan əlavə, Rusiya getdikcə daha çox Çin iqtisadiyyatına və texnologiyasına bağlı hala gəlir".

Onun sözlərinə görə,son aylarda beynəlxalq aləmdə atəşkəs və sülh razılaşması istiqamətində diplomatik səylər artıb. Xüsusilə ABŞ və Türkiyənin təşəbbüsü ilə keçirilən danışıqlar diqqət mərkəzindədir. Türkiyədə baş tutan üçtərəfli görüşlər və Vaşinqtonun regiona dair yumşalmış mövqeyi bu istiqamətdə müsbət siqnallar verir:

"Avropa İttifaqı daha çox Ukraynaya hərbi dəstək göstərməklə prosesə müdaxilə edir. Amma Türkiyə və ABŞ-nin yanaşması daha balanslı və danışıqlar masasına dönüşü təşviq edən mahiyyət daşıyır. Məhz bu baxımdan həmin ölkələrin vasitəçiliyi ilə hər iki tərəfə kompromis təkliflərinin verilməsi və münaqişənin mərhələli şəkildə həllinə yönəlik planların gündəmə gəlməsi mümkündür".

Tural İrfan: Kompromis olsa belə, bu, daxildə və xaricdə məğlubiyyət kimi görünməməlidir

Həmsöhbətimiz bildirib ki, bəzi siyasi şərhçilər Rusiya prezidenti Vladimir Putinin birbaşa danışıqlardan yayınmasını “meydandan qaçmaq” kimi qiymətləndirirlər. Lakin bu addım daha çox strateji davranış kimi dəyərləndirilə bilər. Rusiya rəhbərliyi hazırkı vəziyyətdə açıq şəkildə geri çəkilmə və güzəşt görüntüsü yaratmaq istəmir. Bu, həm daxili ictimai rəyin, həm də ordunun döyüş ruhunun zəifləməsinə səbəb ola bilər:

"Putin müharibəni bitirmək istəsə də, bunu yalnız Rusiya ictimaiyyətinə “qələbə” və ya “strateji nailiyyət” kimi təqdim edə biləcəyi şərtlərlə etmək niyyətindədir. Yəni, kompromis olsa belə, bu, daxildə və xaricdə məğlubiyyət kimi görünməməlidir".

Müsahibimiz vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsinin sona çatması üçün əsas məsələ tərəflərin kompromisə nə dərəcədə hazır olmalarıdır. ABŞ və Türkiyənin təşəbbüsləri fonunda sülhə doğru müəyyən addımlar müşahidə olunsa da, bu prosesin uğurla yekunlaşması üçün diplomatik, iqtisadi və hərbi reallıqların üst-üstə düşməsi lazımdır:

"Vaxt keçdikcə həm bölgədəki, həm də qlobal geosiyasi balans dəyişə bilər. Bu da yeni imkanların və sülh platformalarının yaranmasına zəmin yarada bilər. Lakin bu istiqamətdə irəliləyiş yalnız qarşılıqlı etimad və real güzəştlər əsasında mümkün olacaq".

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 20 May 2025 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see268

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see186

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see178

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see160

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see154

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see151

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri