Rusiya Ukrayna müharibəsindən dönən keçmiş məhkum 13 yaşlı qızı zorlayaraq öldürdü
Icma.az, Tribuna saytına istinadən bildirir.
Rusiyada əfv edilmiş və əvvəllər qətl və təcavüz cinayətləri ilə məhkum olunmuş bir şəxs, “xüsusi hərbi əməliyyat” (Rusların Ukraynadakı işğalçı müharibəyə qoyduqları ad-red.) çərçivəsində Ukraynada döyüşdükdən sonra Tver vilayətinə qayıdaraq dəhşətli bir cinayətə imza atıb. O, 13 yaşlı məktəbli qızı zorlayıb, boğub öldürüb.
Tribunainfo.az xəbər verir ki, hadisə barədə məlumat ilk olaraq müstəqil ASTRA nəşri tərəfindən üzə çıxarılıb. Onların araşdırmasına əsasən, cinayəti törədən şəxs Rusiya ordusuna könüllü qoşulub, Ukraynada xidmətinə görə dövlət səviyyəsində əfv edilib. Lakin bu şəxs azadlığa buraxıldıqdan sonra cəmiyyət üçün real təhlükə yaratmağa davam edib.
Məlumata görə, yerli hakimiyyət və dövlətə bağlı KİV-lər bu məlumatı ictimaiyyətdən gizlətməyə çalışıblar. Cinayətkarın hərbi keçmişi və Putinin fərmanı ilə əfv edilməsi rəsmi qaynaqlarda qeyd olunmayıb.
Musavat.com
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 04 Aprel 2025 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















