Rusiya Ukrayna razılaşmasında mühüm detal Zərbə endirilməsinə qadağa qoyulan obyektlərin siyahısı
GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Kreml zərbə endirilməsinə qadağa qoyulan Rusiya və Ukrayna enerji obyektlərinin siyahısını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, siyahı Rusiya prezidenti administasiyasının saytında yerləşdirilib.
Belə ki, neft emalı zavodları, neft kəmərləri, qaz kəmərləri və anbar qurğuları, o cümlədən nasos stansiyaları, elektrik stansiyaları, yarımstansiyalar, transformatorlar və paylayıcılar daxil olmaqla elektrik enerjisinin istehsalı və ötürülməsi infrastrukturu, atom elektrik stansiyaları və su elektrik bəndlərinə zərbə endirilməməsi ilə bağlı razılaşdırılıb.
Qeyd olunub ki, müvəqqəti moratorium 18 mart 2025-ci il tarixindən başlayaraq 30 gün müddətində qüvvədədir və qarşılıqlı razılaşma əsasında uzadıla bilər. Tərəflərdən biri qadağanı pozarsa, digər tərəf özünü ona riayət etmək öhdəliyindən azad hesab etmək hüququna malikdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 25 Mart 2025 23:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















