Rusiya ukraynalı jurnalistlərin avtomobilinə dron zərbəsi endirib FOTO
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ukraynanın “Freedom” telekanalının jurnalistləri Kramatorskda Rusiyanın “Lancet” pilotsuz təyyarəsinin zərbəsi nəticəsində həlak olublar.
APA xəbər verir ki, bu barədə Donetsk vilayətinin Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkin bildirib.
Telekanal hərbi müxbir 43 yaşlı Alena Qramova (Qubanova) və 33 yaşlı operator Yevgeni Karmazinin ölümünü təsdiqləyib.
Xəsarət alan xüsusi müxbir Aleksandr Kolıçev xəstəxanaya yerləşdirilib.
Hadisə zamanı jurnalistlər yanacaqdoldurma məntəqəsində avtomobildə olublar.
Filaşkin vurulan avtomobilin fotosunu da yayımlayıb.
Ukrayna Kütləvi İnformasiya İnstitutunun məlumatına görə, genişmiqyaslı Rusiya-Ukrayna müharibəsi başlayandan bəri 114 ukraynalı jurnalist peşə vəzifələrini yerinə yetirərkən həlak olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 23 Oktyabr 2025 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















