Icma.az
close
up
RU
Rusiya və Çin İranı ortalıqda tək qoyur “Hər ikisi İrandan Qərbə təzyiq vasitəsi kimi istifadə edir”

Rusiya və Çin İranı ortalıqda tək qoyur “Hər ikisi İrandan Qərbə təzyiq vasitəsi kimi istifadə edir”

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

İsrailin İrana son zərbəsinə Çin və Rusiyanın reaksiyası göstərdi ki, bu dövlətlərin heç biri İrandan ötrü hansısa kəskin addımlara getməyə hazır deyil.

“AzPolitika” xəbər verir ki, “The Atlantic” nəşri bu mövzuyla bağlı məqaləsində İranın Çin və Rusiya üçün sadəcə, Qərbə qarşış təzyiq vasitəsi olduğunu qeyd edilir.

Nəşrin yazdığı kimi, iyun ayında İsrail və ABŞ-nin İrana zərbələrindən sonra Çin və Rusiyanın buna reaksiyası gözləniləndən çox-çox zəif oldu. Nəşr yazır ki, illərlə ABŞ-yə qarşı antaqonizm əsasında bu ölkələrin bir-birinə yaxınlaşmasına baxmayaraq, son hadisələr göstərdi ki, birbaşa hərbi münaqişəyə gəldikdə sadəcə, anti-Qərb ritorikası bu ittifaqı möhkəmləndirməkdə acizdir: “İyunun 13-də İsrailin ilk zərbəsindən sonra Çin İranın suverenliyinin pozulması ilə bağlı rəsmi bəyanatlarla kifayətlənib. Çinin xarici işlər naziri Vanq Yi iyunun 14-də israilli həmkarı ilə söhbətində İsrailin hərəkətlərini pisləməkdən yayınıb. Yalnız dörd gün sonra Çin başçısı Si Cinpin gərginliyi azaltmağa çağırdı və Yaxın Şərqdə sabitliyin bərpasında “konstruktiv rol oynamağa” hazır olduğunu bildirdi.

İran parlamenti Hörmüz boğazının bağlanmasına səs verərkən, Çin Xarici İşlər Nazirliyinin sözçüsü regionun qlobal ticarət üçün əhəmiyyətini vurğulayıb və sabitliyin pozulmasının qarşısını almağa çağırıb. Bu, Tehrana xəbərdarlıq kimi səsləndi.

Sülh dövründə Çin də Rusiya kimi İrandan Qərbə təzyiq vasitəsi kimi istifadə edir. Lakin hərbi eskalasiya və qlobal sabitliyə təhlükə bu cür strategiyanı daha az cəlbedici edir. Pekin İranı dəstəkləmək üçün ABŞ və Aİ ilə iqtisadi və diplomatik əlaqələri qurban verməyə hazır deyil.

Çin İran neftinin təxminən 90%-ni alır və İranın müdafiə sənayesi üçün material verir. Lakin Pekin üçün bu həcm onun neft idxalının yalnız 10%-ni təşkil edir. Çinin iqtisadiyyatı İrandan 40 dəfədən çox böyükdür və Pekin Qərblə əhəmiyyətli dərəcədə daha çox ticarət edir.

Rusiya da Tehranın köməyinə gəlmədi. Çin mallarından və Çinə neft ixracından asılı olan Moskva, çətin ki, Pekinin ehtiyatlılığından məmnun olsun. Rusiya iqtisadiyyatı Çindən 8 dəfə kiçikdir. Çin Rusiya neftinin ən böyük alıcısı və Ukrayna ilə müharibəni davam etdirmək üçün lazım olan texnologiyanın tədarükçüsüdür”.

Göründüyü kimi, dünyadakı bütün ittifaqlar bir yerə qədər keçərlidir. Söhbət ittifaq üzvlərinin şəxsi maraqları, yaxud konkret hərbi müdaxiləyə gəlincə, hər şey dəyişir və İran kimi ölkələr ortalıqda tək qalır.

C.Məmmədli

“AzPolitika.info”  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 30 İyun 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see771

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see215

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see182

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see175

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see159

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see159

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see155

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see153

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see149

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see139

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see136

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri