Icma.az
close
up
RU
Menu

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xarici ticarət: ixrac və idxal azalır

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İran ayətullahı “anti Azərbaycan xoru”nda

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

Rusiya və İran hərtərəfli strateji saziş imzalayır Tehran Şimali Koreya kimi müdafiə öhdəliyi götürmür... AzPolitika onlayn siyasi ictimai qəzet

Rusiya və İran hərtərəfli strateji saziş imzalayır Tehran Şimali Koreya kimi müdafiə öhdəliyi götürmür... AzPolitika onlayn siyasi ictimai qəzet

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün – yanvarın 17-də Moskvada Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkian arasında "hərtərəfli strateji tərəfdaşlıq" sazişi imzalanacaq.

“AzPolitika” Rusiya mediasına istinadla xəbər verir ki, bu sazişlə Moskva və Tehran illərdir dərinləşən əməkdaşlıqdan sonra münasibətlərini daha da gücləndirmək istəyirlər.

Yerli media İranın Rusiyadakı səfiri Kazım Cəlaliyə istinadən yazıb ki, yeni saziş 20 il müddətinə qüvvədə olacaq. Kreml bildirib ki, yeni saziş Tehran və Moskvanın hərbi-siyasi və ticarət-iqtisadi əlaqələrini gücləndirmək məqsədi daşıyır.

Sənədlə bağlı əlavə detallar verilməyib, lakin Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 15-də keçirdiyi mətbuat konfransında bildirib ki, müqavilə "konstruktiv xarakter daşıyır və Rusiya, İran və dünyanın müxtəlif yerlərindəki dostlarımızın imkanlarını gücləndirməyə yönəlib".

TASS dövlət agnetliyi iranlı səfirə istinadən yazıb ki, sazişdə qarşılıqlı müdafiə bəndi olmayacaq.

"Bu sazişin mahiyyəti Rusiyanın imzaladığı digər sazişlərdən fərqlidir", - K.Cəlali bildirib.

"Belarus və Şimali Koreya bizim daxil olmadığımız sahələrdə Moskva ilə əməkdaşlıq edir", - o, əlavə edib.

Yanvarın 16-da K.Cəlali digər bir açıqlamasında bildirib ki, İran və Rusiya öz gizli mesajlaşma sistemini istifadəyə verib və artıq SWIFT-ə ehtiyac duymur. SWIFT beynəlxalq ödənişlərin həyata keçirilməsi üçün istifadə olunan təhlükəsiz maliyyə sistemidir. Bir neçə Rusiya bankı 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalına cavab olaraq bu sistemdən çıxarılıb.

Cəlalinin sözlərinə görə, İran Mərkəzi Bankının rəhbəri də ikitərəfli valyuta sazişi ilə bağlı Rusiya ilə məsləhətləşmələr aparır. Həm Rusiya, həm də İran energetika sənayesinə tətbiq olunan məhdudiyyətlər də daxil olmaqla, ciddi Qərb sanksiyaları ilə üzləşir.

Pezeşkianın səfəri və sözügedən sazişin imzalanması Tehranla Moskva arasında münasibətlərin dərinləşməsinin növbəti əlamətidir. İran istehsalı olan "Şahed" pilotsuz uçuş aparatlarının (PUA) Rusiyaya tədarükü ilə bağlı Qərb ölkələrinin xəbərdarlıqlarına baxmayaraq, iki ölkə hərbi əməkdaşlığı da genişləndirib.

Avropa və ABŞ "Şahed" PUA-ları da daxil olmaqla, Rusiyaya göstərilən çeşidli yardımlara görə İranın müxtəlif qurum və şəxslərinə qarşı bir neçə dəfə sanksiyalar tətbiq edib. İran isə Ukrayna müharibəsində "neytral" olduğunu iddia edir.

İran prezidentinin bu səfəri ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Ağ evə qayıtmasından bir neçə gün əvvələ təsadüf edir. Tramp 2018-ci ildə ABŞ-ni İranın nüvə proqramını məhdudlaşdırmaq, bu ölkəyə qarşı sanksiyaların yüngülləşdirilməsi məqsədilə imzalanan beynəlxalq sazişdən (Birgə Hərtərəfli Fəaliyyət Planı) çıxarıb və 2020-ci ildə İranın yüksəkrütbəli generalı Qasım Süleymaninin öldürülməsi ilə bağlı göstəriş verib. Keçən il isə Trampı öldürmək üçün İran tərəfindən sui-qəsd planlaşdırıldığı bildirilib. İran hökuməti bu iddianı təkzib edib.

Rasim Əliyev

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Yanvar 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see326

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see176

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see165

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see161

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see155

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see148

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see145

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see142

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see138

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see135

İran ayətullahı “anti Azərbaycan xoru”nda

24 Dekabr 2025 16:35see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see133

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see132

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see131

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see130

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see129

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see127

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

25 Dekabr 2025 01:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri