Icma.az
close
up
RU
Rusiya və İran Tehranın nüvə proqramının sülh yolu ilə həllinin müzakirəsini davam etdirəcək

Rusiya və İran Tehranın nüvə proqramının sülh yolu ilə həllinin müzakirəsini davam etdirəcək

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Abbas Əraqçi ilə görüşündə Tehranın nüvə proqramı ətrafında sülh yolu ilə mümkün həll yollarını müzakirə etdiyini bildirib.

Bizimyol.info xəbər verir ki, o, bunu Tyantszində keçirilən ŞƏT Xarici İşlər Nazirləri Şurasının iclasının yekunlarına dair mətbuat konfransında deyib.

"Biz İran İslam Respublikasında çoxdan qəbul edilmiş qərarlara hörmətlə yanaşılmaqla, sülh yolu ilə siyasi və diplomatik yollarla əldə olunacaq həllin təmin edilməsinə dair real yanaşmaları müzakirə etdik", - deyə nazir bildirib.

O, bunun rəsmi Tehranın nüvə silahından imtina etməsi ilə bağlı olduğunu izah edib.

“Heç kim heç vaxt bunun əksini sübut edən heç bir sübut təqdim etməyib, o cümlədən Beynəlxalq Aton Enerjisi Agentliyinin (BAEA) müfəttişləri. İkinci ən vacib prinsip isə enerji məqsədləri üçün uranı zənginləşdirmək imkanları baxımından İranın, eləcə də BAEA-nın bütün digər qeyri-nüvə üzvlərinin və Nüvə Silahlarının Yayılmaması Müqaviləsi üzrə qanuni hüquqlarının pozulmamasıdır”, - deyə Lavrov qeyd edib.

"Bunlar prinsiplərdir. Bəs bununla bağlı konkret mümkün gedişlər necə nəzərdən keçirilir, burada hansı texniki danışıqlar imkanları var, biz dostlarımızla müzakirə etməyə davam edəcəyik”, - deyə Rusiya XİN rəhbəri bildirib.

İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb. Bir gün keçməmiş İslam Respublikası cavab hücumu həyata keçirib. Birləşmiş Ştatlar münaqişənin gərginləşməsindən doqquz gün sonra daxil oldu: iyunun 22-nə keçən gecə Amerika qüvvələri İranın üç nüvə obyektinə hücum edib.

İyunun 23-ü axşam saatlarında Tehran Amerikanın Yaxın Şərqdəki ən böyük aviabazasına, Qətərdəki Əl Udeyd aviabazasına raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının məlumatına görə, itki yoxdur və ciddi ziyan dəyməyib.

Daha sonra ABŞ prezidenti Donald Tramp İsrail və İranın tam atəşkəsə razılaşdığını açıqlayıb. Atəşkəs iyunun 24-dən qüvvəyə minib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 15 İyul 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri