Icma.az
close
up
RU
Rusiya və Qazaxıstan məsuliyyəti MDByə yükləməyə çalışır Elçin Alıoğlunun ŞƏRHİ

Rusiya və Qazaxıstan məsuliyyəti MDByə yükləməyə çalışır Elçin Alıoğlunun ŞƏRHİ

Sitat.info portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"AZAL təyyarəsinin qəzasından sonra Rusiya və Qazaxıstan hadisənin araşdırılmasını MDB-nin Beynəlxalq Aviasiya Komitəsinə həvalə etməyi təklif ediblər. Bu təklifin məqsədi məsuliyyətdən yayınmaq və diqqəti yayındırmaqdır. Azərbaycan bu təklifi qətiyyətlə rədd edib və açıq şəkildə bəyan edib ki, insident yalnız beynəlxalq səviyyədə tanınmış ekspertlər qrupu və Embraer mütəxəssisləri tərəfindən araşdırılmalıdır".

Sitat.info xəbər verir ki, bu sözləri politoloq Elçin Alıoğlu deyib. 

O vurğulayıb ki, hadisəyə beynəlxalq səviyyədə yanaşılmalı və məssuliyyətdən yayınma cəhdlərinin qarşısı alınmalıdır: "Azərbaycan hesab edir ki, "qara qutunun" deşifrə edilməsi də yalnız bu qrupun iştirakı ilə baş tutmalıdır. Hər hansı bir qərəzli və ya qeyri-obyektiv araşdırmaya yol verilməyəcəyini vurğulayırıq.  Bundan əlavə, Azərbaycanın Çeçenistandan hər hansı yardımı qəbul etməyəcəyi qəti şəkildə bildirilib. Çeçenistan hakimiyyətinin Ramzan Kadırovun tapşırığı ilə AZAL təyyarəsinin qəzasında həlak olanların və yaralananların ailələrinə maliyyə və digər yardımlar göstərməyə hazır olduğunu bəyan etməsinə baxmayaraq, bu təklifi rədd edirik!"

E.Alıoğlu əlavə edib ki, Azərbaycan heç bir yardıma ehtiyac duymur: "Nə dövlət, nə də vətəndaşlarımız bu yardımı qəbul edəcək. Azərbaycan öz vətəndaşlarına lazımi dəstəyi göstərib və göstərməkdə davam edir. Biz təxribatların ört-basdır edilməsini deyil, ədalətli və obyektiv araşdırmanı tələb edirik. Azərbaycan bu insidentə görə məsuliyyətin tanınmasını, üzr istənilməsini və adekvat kompensasiyanın ödənilməsini israrla tələb edir. Bu hadisə ilə bağlı Azərbaycanın mövqeyi aydındır: məsuliyyətdən yayınmaq cəhdlərinə və əsassız bəyanatlara qarşı prinsipiallıq nümayiş etdiriləcək".

Aytac,

Sitat.info 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://sitat.info
archiveBu xəbər 27 Dekabr 2024 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see282

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see216

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see167

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see158

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see155

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see150

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see147

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see147

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see147

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri