Rusiya Xarkovu vurdu: 5 nəfər həlak oldu
Icma.az bildirir, Sitat.info portalına istinadən.
Ukraynanın Xarkov vilayətinin Çuquyev şəhərinə Rusiya Silahlı Qüvvələrinin həyata keçirdiyi kombinə edilmiş hücum nəticəsində azı beş nəfər həlak olub, daha üç nəfər isə yaralanıb.
Sitat.info "RBC-Ukraina"ya istinadən məlumatına görə, bu barədə şəhər meri Qalina Minayeva bildirib.
Məlumata əsasən, raket və dron zərbələrindən sonra 8-ə yaxın çoxmənzilli və 10-dan çox fərdi evə ziyan dəyib.
Xarkov meri İqor Terexov isə məlumat verib ki, şəhərdə 11 dron zərbəsi qeydə alınıb, daha iki PUA isə partlamadan düşüb. Hücumlar nəticəsində 15 nəfər xəsarət alıb, onlardan ikisi uşaqdır.
Hadisə yerlərində fövqəladə hallar xidmətinin əməkdaşları və könüllülər çalışır.
Baxış sayı:112
Bu xəbər 09 İyun 2026 08:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















