Orduda yeni dövr başlayır? Sahib Alıyev vacib məqama toxundu
Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.
Milli Məclisin bugünkü plenar iclasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Sahib Alıyev çıxış edərək orduda intellektual potensialın vacibliyinə toxunub.
"Yeni Sabah" xəbər verir ki, deputat bildirib ki, magistratura və doktorantura təhsili olan zabit sadəcə icraçı deyil, həm də tədqiqatçı, analitik və strateqdir. S.Alıyevin sözlərinə görə, təklif olunan dəyişikliklər hərbi qulluqçuların rütbələrdə olma müddətinin tənzimlənməsi ilə yanaşı, Azərbaycan Ordusunun intellektual və texnoloji modelə keçidinin hüquqi əsaslarının gücləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.
Sahib Alıyev xatırladıb ki, Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində qazandığı zəngin təcrübə aparıcı beynəlxalq hərbi dairələrin diqqətini cəlb edib. O, ABŞ-nin məşhur Vest-Point Hərbi Akademiyası da daxil olmaqla, ümumilikdə beş xarici hərbi məktəbdə Azərbaycan Ordusunun döyüş taktikası və müharibə təcrübəsinin xüsusi tədris edildiyini diqqətə çatdırıb. Dördpendirli pizza
Deputatın fikrincə, magistratura və doktorantura təhsili alan zabitlərin bilik və elmi potensialı müasir ordu quruculuğunda həlledici rol oynayır. O vurğulayıb ki, müasir dövrdə orduların inkişafında fiziki göstəricilərlə yanaşı, hərbi qulluqçuların intellektual hazırlığı və texnoloji üstünlükləri də ön plana çıxır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 23 Oktyabr 2026 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















