Icma.az
close
up
RU
Rusiya Xəzərdə su savaşı aparır RƏY

Rusiya Xəzərdə su savaşı aparır RƏY

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Turan Rzayev: "Rusiya üçün Xəzərin səviyyəsinin azalması yeni hərbi və enerji imkanları yaradır"


Kreml bu yolla özündən iqtisadi asılılığı artırır, çünki Rusiyanın şimal limanları və dəmir yolu xətləri alternativ marşrut kimi önə çıxır

Xəzər dənizində suyun səviyyəsi kəskin şəkildə aşağı düşüb. Xəzəryanı ölkələrin hamısında bunu müşahidə etmək mümkündür. Vəziyyət həqiqətən SOS siqnalı veriləcək səviyyədədir. Sadəcə dənizkənarı bulvara, ya da sahil xətti olan istənilən əraziyə gedib baxdıqda reallığı görmək olur. Doğrudur, bu, ilk başda ekoloji və ya iqlim problemi kimi görünə bilər. Tarixə nəzər saldıqda Xəzərdə suyun səviyyəsinin müəyyən zamanlarda dəfələrlə aşağı düşdüyünü və ya tam tərsinə, yüksəldiyini görürük. Lakin ekspertlərin fikrincə, son illərdə müşahidə edilən tendensiya heç də ekoloji iqlim problemi deyil, birbaşa siyasi və geosiyasi maraqlar naminə atılan hiyləgər və uzaqgörən addımdır. Bəzi analitiklərə görə, prosesin pərdə arxasında duran ölkə Rusiyadır. Xəzər dənizini suyla təmin edən başlıca çaylar - Volqa, Ural, Kür, Terek və Sulakdır. Rusiya bu çaylardan ən əsasları Volqa, Ural və Terek çaylarına nəzarət edir. Son illərdə isə Xəzərin şimal hissəsindəki su axınlarını, xüsusən də Volqa çayını tənzimləyən su anbarları və hidrotexniki qurğular vasitəsilə dənizin səviyyəsinə dolayısı ilə nəzarət edir. Bu qurğuların istismar rejimi son illərdə dəyişdirilib. 


Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, enerji hasilatında prioritetlərin artması suyun Xəzərə axınını azaldır. Yəni su enerji resursuna çevrilir. Ekspertin qənaətincə, Volqanın suyunun yönləndirilməsi həm elektrik istehsalı, həm də Volqa-Don kanalının logistik əhəmiyyəti ilə bağlıdır: 


"Rusiya üçün Xəzərin səviyyəsinin azalması yeni hərbi və enerji imkanları yaradır. Dənizin çəkilməsi ilə bəzi dayaz sahələrdə neft və qaz yataqlarına çıxış asanlaşır. Hətta bir sıra rus enerji şirkətləri üçün bu, texniki baxımdan sərfəli sayılır, çünki dərinlik azaldıqca dəniz yataqlarında hasilat xərcləri də aşağı düşür. Lakin belə bir hal Xəzərin təbii dövranını pozur. Kreml bu prosesdən siyasi dividend götürməyi hesablayır. Məlum olduğu kimi, son illərdə Rusiyanın Azərbaycanla münasibətləri heç də yaxşı deyil. Yaxın tarixdə münasibətlərin düzəlməsi də gözlənilmir. Bakının açıq-aydın şəkildə Moskvadan çəkinməməsi Rusiyada narahatlıq yaradır. Çünki bu, mərkəzi Asiya ölkələri üçün örnək ola bilər. Prinsipcə, Özbəkistan da Azərbaycanın tutduğu xətti izləyir. Qazaxıstan isə balansı hələlik qoruyur. Türkmənistan da qapalı rejimi ilə prosesə vecsiz görünsə də, diqqətlə izlədiyi məlumdur".


Siyasi şərhçi hesab edir ki, Rusiya regiondakı qonşuları, xüsusilə Qazaxıstan, Türkmənistan və Azərbaycan üçün yeni asılılıqlar yaradır: 

"Xəzərin quruması hər şeydən öncə sadalanan ölkələrin liman infrastrukturuna zərbə vurur. Bu da Moskva üçün strateji üstünlük yaradır. Başqa sözlə, Kreml bu yolla özündən iqtisadi asılılığı artırır, çünki Rusiyanın şimal limanları və dəmir yolu xətləri alternativ marşrut kimi önə çıxır. Bu mənzərə fonunda Rusiya üçün Xəzərin təbii ekosisteminin qorunması prioritet deyil. Əksinə, Moskva dənizi enerji və nəqliyyat resurslarını geosiyasi aləti kimi görür. Bu səbəbdən də Xəzərin səviyyəsinin süni şəkildə aşağı salınması həm enerji siyasətinə, həm də regionda qüvvələr balansına xidmət edir.

Təəssüf ki, problemlər bununla bitmir. Son illərdə böyük ölçüdə həllini tapan Xəzərin hüquqi statusu problemi yenidən aktuallaşa bilər. Əgər suyun səviyyəsi azalar və müəyyən sahələr tamamilə quruyaraq quru torpağa çevrilərsə, bu, dövlətlərin sərhəd delimitasiyasına yeni problemlər gətirəcək. Məsələn, bir dövlətin sahilində dəniz suyunun çəkilməsi ilə əvvəl yalnız dəniz torpağı sayılan sahələr artıq quru torpaq kimi görünəcək. Bu torpaqların kimin suverenliyi altında olduğu, hansı dövlətin iqtisadi zonasına aid olduğu suverenlik və sərhəd məsələlərini mürəkkəbləşdirir".


Müsahibimiz düşünür ki, Xəzərin dərinliyi və sahil xəttinin dəyişməsi enerji resurslarının istismarına, neft və qaz yataqlarının paylanmasına təsir edir: 

"Bu da yalnız suyun səviyyəsi azaldığı üçün yaranan quru torpaqlarını hüquqi baxımdan tənzimləməyə ehtiyacı olan bir sahəyə çevirir. Dövlətlər arasında həm sərhəd mübahisələri, həm də iqtisadi hüquqların bölgüsü məsələsi daha mürəkkəb hala gəlir. Qısaca desək, Xəzərin quruması tək ekologiya və nəqliyyat üçün deyil, həm də dövlətlərin suverenliyi və hüquqi statusu üçün ciddi təhdidlər yaradır. Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı dənizin sürətlə kiçildiyini vurğuladı və səbəbin təkcə iqlim dəyişikliyi olmadığını dedi. Qazaxıstan lideri Kasım-Jomart Tokayev də “ŞƏT Plus” sammitində eyni mövzuya toxunaraq dənizin ekoloji taleyi ilə bağlı çağırış etdi. Göründüyü kimi, uzun müddətdir anonsu verilən “su savaşları” gözləniləndən tez başlayır. Özü də regionumuz bu müharibənin mərkəz cəbhəsidir. Rusiya bu addımı ilə ilk daşı atmış oldu".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Oktyabr 2025 04:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see298

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see279

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see274

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see267

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see260

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see257

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see254

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see253

Subayların sayı artır, biznes üçün YENİ BAZAR yaranır

28 Avqust 2026 15:40see249

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see245

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see222

Bu tələbələr təhsil kreditindən yararlana biləcək RƏSMİ

28 Avqust 2026 11:58see215

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see215

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see215

Yorğunluq və unutqanlığın səbəbi...

28 Avqust 2026 15:56see215

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see213

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

28 Avqust 2026 21:28see213

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see208

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see203

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri