Rusiya XİN başçısı: “Trampın hakimiyyətə gəlişi normal vəziyyətə qayıdış oldu”
Ayna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Söhbət konkret olaraq anladığımız formada normal vəziyyətə qayıtmaqdan gedir”
“ABŞ-da yeni Amerika lideri Donald Trampın hakimiyyətə gəlməsi ilə administrasiyanın dəyişməsi normal vəziyyətə qayıdış oldu”. AYNA.AZ xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı blogerlər Mario Noufal, Larri Conson və Endryu Napolitanoya müsahibəsində deyib.
“Düşünürəm ki, hazırda ABŞ-da baş verənləri normal vəziyyətə qayıtmaq kimi təsvir etmək olar. Söhbət konkret olaraq anladığımız formada normal vəziyyətə qayıtmaqdan gedir”, - XİN rəhbəri qeyd edib.
Lavrovun sözlərinə görə, Rusiya xristian ölkəsidir və buna görə də onun dəyərləri Amerikanın yeni hakimiyyət orqanlarının dəyərləri ilə “ümumiyyətlə oxşardır”.
Nazir əlavə edib ki, Birləşmiş Ştatlarda “anti-xristian ideyalarını qəbul etməyən normal bir administrasiya hakimiyyətə gəlib”.
Söhbət zamanı Lavrov həmçinin bildirib ki, ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyası Strateji Silahların Azaldılması Müqaviləsinin icrasını bərpa etməyi təklif edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 12 Mart 2025 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















