Rusiya XİN Böyük Britaniyanın müvəqqəti işlər vəkilinə etiraz bildirib
Bizimyol saytına istinadən Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, Rusiya XİN-in yaydığı məlumata görə, etirazın səbəbi Böyük Britaniya səfirliyinin Moskvada çalışan diplomatlarından birinin Britaniya xüsusi xidmət orqanlarına mənsubluğu ilə bağlı Rusiya səlahiyyətli qurumlarının əldə etdiyi məlumatlardır.
Bildirilib ki, yanvarın 15-də XİN-ə çağırılan Deyni Dolakiya bu faktla bağlı rəsmi şəkildə məlumatlandırılıb. Rusiya tərəfi vurğulayıb ki, 1961-ci il tarixli Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasının 9-cu maddəsinə uyğun olaraq sözügedən diplomatik əməkdaşın akkreditasiyası ləğv edilir.
Qərara əsasən, Britaniya səfirliyinin həmin əməkdaşı iki həftə ərzində Rusiya Federasiyasının ərazisini tərk etməlidir.
Rusiya XİN-də qeyd olunub ki, Moskva öz ərazisində qeyri-bəyan edilmiş xarici xüsusi xidmət orqanları əməkdaşlarının fəaliyyətinə dözməyəcək. Nazirlik milli təhlükəsizlik maraqlarına uyğun olaraq bu məsələdə prinsipial və güzəştsiz xəttin bundan sonra da davam etdiriləcəyini bildirib.
Eyni zamanda, rəsmi Londonun vəziyyəti gərginləşdirməyə cəhd göstərəcəyi təqdirdə, Rusiya tərəfinin buna qəti və adekvat cavab verəcəyi barədə xəbərdarlıq edilib.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 15 Yanvar 2026 13:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















