Rusiya XİN: Hüquq mühafizə orqanlarımız ölkəmizə daxil olan əcnəbilərin milliyyətindən və vətəndaşlığından asılı olmayaraq hərəkət edir
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Moskva Mərkəzi Asiyadan olan həmkarlarının miqrasiya sahəsindəki problemlərə dair bütün müraciətlərinə baxır və Rusiya hüquq-mühafizə orqanlarının gördüyü tədbirlərə aydınlıq gətirir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
"Biz ondan irəli gəlirik ki, tərəfdaşlarımız ilk növbədə həm miqrantların özlərinin, həm də Rusiya vətəndaşlarının təhlükəsizliyini təmin etməyə yönəlmiş miqrasiya sahəsinin tənzimlənməsinə yanaşmalarımızı başa düşürlər. Biz də öz növbəmizdə bu sahədə yaranan problemlərlə bağlı həmkarlarımızın bütün müraciətlərini diqqətlə nəzərdən keçiririk", deyə rusiyalı diplomat vurğulayıb.
Qaluzin qeyd edib ki, Moskva Rusiya hüquq-mühafizə orqanlarının gördüyü tədbirlərlə bağlı “ətraflı izahat” verməyə çalışır: "Biz vurğulayırıq ki, hüquq-mühafizə orqanlarımız ölkəmizə daxil olan əcnəbilərin milliyyətindən və vətəndaşlığından asılı olmayaraq hərəkət edirlər".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 10 Fevral 2025 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















