Rusiya XİN: Moldovanın siyasəti Brüsselin istəkləri naminə vətəndaşların maraqlarına ziyan vurur
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Moldovanın MDB üzvlüyünə xitam verilməsi üçün Kişinyov müəyyən edilmiş prosedurlardan keçməlidir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moldovanın MDB-dən çıxmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, müqavilələrin denonsasiyası Moldovanın suveren hüququdur.
"Rusiya Xarici İşlər Nazirliyi hesab edir ki, Kişinyovun siyasəti Brüsselin istəkləri naminə vətəndaşların maraqlarına ziyan vurur. Moldova çətin sosial-iqtisadi vəziyyətdədir və Aİ kreditlərindən asılıdır. Bir vaxtlar çiçəklənən Moldova yoxsulluq və hüquqi zəiflik ərazisinə çevrilir", - Rusiya XİN sözçüsü vurğulayıb.
Baxış sayı:73
Bu xəbər 21 Yanvar 2026 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















