Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Borussiya dan qələbə, Ayntraxt uduzdu

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Rusiya Yaxın Şərqdən və Afrikadan miqrantları müharibəyə cəlb edib “Teleqram” üzərindən gizli əməliyat

Rusiya Yaxın Şərqdən və Afrikadan miqrantları müharibəyə cəlb edib “Teleqram” üzərindən gizli əməliyat

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Rusiyada keçmiş müəllimə olan Polina Azarnıx “Teleqram” vasitəsilə Yaxın Şərq və Afrika ölkələrinin vətəndaşlarını Ukraynaya qarşı müharibədə Rusiya ordusu tərkibində iştirak etməyə cəlb edib.

“AzPolitika” xəbər verir ki, bu barədə BBC-nin apardığı araşdırmada bildirilir. Araşdırmaya görə, Azarnıx son bir il ərzində Yəmən, Suriya, Misir, Mərakeş, İraq, Kot-d’İvuar və Nigeriya vətəndaşlarına ümumilikdə 490-dan çox rəsmi dəvət göndərib. Həmin sənədlər onların Rusiyaya daxil olaraq hərbi xidmətə cəlb edilməsinə imkan verib.

Zərərçəkənlər və onların yaxınları jurnalistlərə bildiriblər ki, Polina Azarnıx kişiləri aldadaraq onları döyüş bölgəsinə göndərməyəcəklərinə inandırıb. Eyni zamanda, müqavilələrin avtomatik uzadıldığını deməyib və bəzi hallarda təzyiq və hədələrə əl atıb. Azarnıx isə bu ittihamları qəbul etmir.

Araşdırmada qeyd olunur ki, cəlb olunanlardan biri 26 yaşlı suriyalı tikinti işçisidir. O bildirib ki, Azarnıx ona və digər suriyalılara neft obyektlərinin mühafizəsi üçün yüksək maaşlı iş və Rusiya vətəndaşlığı vəd edib. 2024-cü ilin martında o və daha 14 Suriya vətəndaşı Moskvaya gətirilib. Azarnıx onları hava limanında qarşılayaraq Bryansk vilayətindəki hərbi çağırış mərkəzinə aparıb.

Onun sözlərinə görə, orada rus dilində tərtib olunmuş, məzmunu onlara izah edilməyən birillik müqavilələr imzaladılıb. Müqavilədə aylıq 2,5 min dollar maaş və birdəfəlik 5 min dollar ödəniş nəzərdə tutulub. Pasportlar isə guya Rusiya vətəndaşlığının rəsmiləşdirilməsi üçün götürülüb. Eyni zamanda, Azarnıx onlardan ödəniş qarşılığında döyüşlərdən yayına biləcəklərini bildirib.

Lakin suriyalı gəncin dediyinə görə, cəmi 10 günlük hazırlıqdan sonra döyüş bölgəsinə göndərilib. O, vəziyyətin son dərəcə ağır olduğunu və cəbhədə ciddi itkilərin olduğunu bildirib. Hansı istiqamətdə döyüşdüyü açıqlanmır.

Suriyalı həmçinin bildirib ki, Azarnıxa 3 min dollar ödəməkdən imtina etdikdən sonra qadın onun pasportunu məhv edib və bunu əks etdirən video göndərib. Döyüşlərdə iştirakdan imtina etdikdə isə komandirlərin onu hədələdiyini deyib.

Polina Azarnıx Ukraynanın “Mirotvorets” saytının bazasına daxil edilib. Saytda onun rus və ərəb dillərində paylaşımlar edən, 21 mindən çox izləyicisi olan “Druq Rossiya” “Teleqram” kanalı ilə əlaqəli olduğu qeyd olunur. “The Insider” yazır ki, bu kanal Rusiyada xarici vətəndaşların cəlb edilməsi üzrə ən iri platformalardan biridir. Xüsusilə 14 dekabr 2025-ci ildə kanalda Suriyadan olan şəxslərin “xüsusi hərbi əməliyyatda” iştirakı üçün yenidən qəbul olunduğu barədə elan yerləşdirilib.

Qeyd olunur ki, Ukraynada müharibə başlayandan bəri Rusiya ordusuna Asiya və Afrika ölkələrindən vətəndaşların cəlb edilməsi ilə bağlı dəfələrlə məlumat yayılıb. Əksər hallarda insanlara Rusiyada mülki iş vəd edilib, lakin ölkəyə gəldikdən sonra Müdafiə Nazirliyi ilə müqavilə imzalamağa məcbur ediliblər. Bu cür hallar Nepal, Hindistan, Cənubi Afrika Respublikası və digər ölkələrin vətəndaşları ilə bağlı da qeydə alınıb.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:61
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 Yanvar 2026 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see267

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see247

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see246

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see236

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see211

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see179

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see179

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see171

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see157

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see156

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see156

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see155

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see149

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see148

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see146

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see137

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see136

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see135

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri