Rusiya Zaporojyeni vurdu
Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.
Rusiya Ukraynanın cənubundakı Zaporojye şəhərinə dronlarla zərbə endirib.
Associated Press-in məlumatına görə, bazar günü gecə həyata keçirilən hücum nəticəsində yaşayış binaları, universitet, ticarət mərkəzi və digər obyektlər zərər görüb. Ukrayna Prezidenti Volodimir Zelenski 5 nəfərin yaralandığını bildirib.
Rusiya eyni gecə Ukraynanın daha 9 bölgəsinə zərbələr endirib.
Bu hücum Ukraynanın Rusiyaya qarşı genişmiqyaslı dron hücumundan bir gün sonra baş verib. Ukrayna qüvvələri həftəsonu Rusiyaya 1000-dən çox pilotsuz uçuş aparatı göndərib. Onların yüzlərləinin Moskva istiqamətinə yönəldiyi bildirilib.
Rusiya Müdafiə Nazirliyi gecə ərzində 244 Ukrayna dronunun vurulduğunu açıqlayıb. Ukrayna Hərbi Hava Qüvvələri isə Rusiyanın 148 dronunun məhv edildiyini və ya elektron vasitələrlə sıradan çıxarıldığını bildirib.
Dron hücumları qonşu ölkələrdə də narahatlıq yaradıb. Moldova hava məkanının şimal hissəsini müvəqqəti bağlayıb. Rumıniya hava məkanında da son dövrdə dron insidentlərinin artdığı bildirilir.
Baxış sayı:88
Bu xəbər 21 Sentyabr 2026 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















