Icma.az
close
up
RU
İran Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişir? Tehranın yanaşması ifşa olunmalıdır

İran Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişir? Tehranın yanaşması ifşa olunmalıdır

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Zəngəzur dəhlizi ilə bağlı danışıqlar üçün tezliklə İran nümayəndə heyəti Türkiyəyə səfər edəcək. Bu açıqlama ilə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi çıxış edib. Diplomat bildirib ki, Zəngəzur dəhlizi heç də siyasi məsələ deyil, bu, iki ölkə arasında çox spesifik tarixə malik texniki məsələdir:

"İranın mövqeyi sabitdir. Biz nəqliyyat sahəsində əməkdaşlığın genişlənməsini alqışlamaqla yanaşı, ölkələrin suveren hüquqlarına hörmət edilməli olduğunu vurğulayırıq. Yəqin ki, yaxın vaxtlarda bizdən müvafiq qurumların iştirakı ilə bir nümayəndə heyəti məsələni yaxından müzakirə etmək üçün Türkiyəyə səfər edəcək. Ümid edirik ki, məsələ tezliklə həllini tapacaq".

Bəqayinin açıqlamasına iki istiqamətdə yanaşmaq olar. Birincisi, İran Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişib, prosesə texniki məsələ kimi yanaşır.

İkincisi, İran dəhlizlə bağlı ənənəvi mövqeyini möhkəmləndirməyə çalışır, lakin bu məsələnin siyasi rəqabətə çevrilməməsini istəyir. Bu, həm də daha çox İranın özünəxas balanslı yanaşmasının təkrarı kimi də dəyərləndirilə bilər, lakin Tehran bunu əvvəlki bəyanatlardan fərqli olaraq, daha yumşaq formada çatdırır.

İranın Türkiyə ilə danışıqlara başlaması isə tərəflərin qarşılıqlı anlaşma əldə etməsini təmin etmək məqsədini güdür.

Mövzunu Oxu.Az-a dəyərləndirən Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, İran rəsmisinin Zəngəzur dəhlizi ilə bağlı verdiyi açıqlamada heç bir yumşalma sezilmir, tam əksinə, məsələni gündəmdən çıxarmaq üçün guya onun siyasi yükünün olmadığını dilə gətirir:

"Yəni problemi olduğundan daha kiçik göstərməklə, bir növ diplomatik iz azdırma metodundan istifadə edir. Bunun da yumşaldıcı mövqe kimi göründüyünü hesab edərək, ardınca da güc göstərməyə çalışır. Deyir ki, İranın mövqeyi sabitdir, kommunikasiyaların açılmasının əleyhinə deyilik, amma ölkələrin suveren hüquqları da qorunmalıdır. Bu, əslində, yenidən Ermənistanı müdafiə etməkdir".

"Nədənsə 30 illik işğal dövründə heç bir İran rəsmisi bir dəfə bəyanat vermədi ki, Ermənistan Azərbaycan torpaqlarını tərk etməlidir, ölkələrin ərazi bütövlüyü təmin olunmalıdır, Azərbaycanın ərazi bütövlüyü bizim "qırmızı xətt"imizdir və. s. Amma çox təəssüf ki, Ermənistan torpaqları bu gün işğala məruz qalmaya-qalmaya İran kommunikasiyaların açılmasını Ermənistanın suveren hüquqlarının və ərazi bütövlüyünün pozulması kimi qələmə verməyə çalışır. Ona görə də hesab edirəm ki, İranın mövqeyində heç bir yumşalma yoxdur", - deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, İran belə bəyanatlar verməklə diplomatik manipulyasiyalar edir:

"İran Yaxın Şərqdə Türkiyənin gücünü artırması və özünün də Suriyada, Livanda mövqelərini itirməsindən irəli gələn gücsüzlüklə nəyəsə nail olmağa çalışır. Amma hesab edirəm ki, bu məsələdə qardaş ölkənin mövqeyi prinsipial olacaq və Azərbaycanın mövqeyi mütləq nəzərə alınacaq. Çünki iki ölkə sinxron hərəkət etmək qabiliyyətlərini və vahid maraqdan çıxış etmək imkanlarını dəfələrlə sübut edib. Ona görə də Tehranın bu bəyanatının əvvəlki bəyanatlardan heç bir fərqi yoxdur, sadəcə, təlaş içərisində Cənubi Qafqazda da mövqelərini tamamilə itirmək qorxusu ilə belə bir pərdələyici bəyanatla çıxış edir. Bu baxımdan, İranın, əslində, regionda sülh və kommunikasiyaların açılması ilə bağlı yanaşması, bunu istəməməsi maksimum ifşa olunmalıdır".

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 Yanvar 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri