Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Roma nın Raspadori planı

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

Rusiya Zəngəzur dəhlizini “Putin yolu”na çevirmək istəyirdi “Tramp yolu”na uduzdu

Rusiya Zəngəzur dəhlizini “Putin yolu”na çevirmək istəyirdi “Tramp yolu”na uduzdu

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Artıq neçə aydır ki, xəbər məkanında Rusiyanın Azərbaycana qarşı təxribatları barədə xəbərlər yayılır. Bu günlərdə isə şimal qonşunun ölkəmizə qarşı növbəti təxribat planları barədə anonslara rast gəlirik. Görünən budur ki, Kreml müstəqil Azərbaycanın yürütdüyü siyasəti həzm edə bilmir, “parçala və hökm sür” siyasətini 21-ci əsrdə də davam etdirməkdə israrlıdır.

Rusiyanın ölkəmiz əleyhinə təxribatçı fəaliyyəti əslində 2022-ci ilin 22 fevral tarixində, Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”yə ziddir. Sənədin birinci bəndində yazılıb ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar. Amma bu gün Rusiya Azərbaycana qarşı elə idbar təzyiq metodlarına əl atır ki, Bəyannamənin birinci bəndini dəfn olunmuş saymaq olar. Guya ikinci bəndə münasibətdə fərqli davranırmı? Bəyannamənin sözügedən maddəsində “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz milli maraqlarının müdafiəsinə yönəlmiş müstəqil xarici siyasət yürüdürlər”, yazılıb. Amma Kreml Azərbaycanın milli maraqlarını əsas götürərək dövlət siyasətini qətiyyətli şəkildə davam etdirməsini qəbul edə bilmir. Belə olduğu təqdirdə, iki ölkə arasındakı müttəfiqlik sənədinin havadan asılı vəziyyətdə qaldığını söyləmək olar, təbii ki, birmənalı olaraq Rusiyanın yürütdüyü məntiqsiz və əsassız siyasət nəticəsində.

Azərbaycan ötən illərdə hətta bir sıra təzyiqlərə rəğmən, Rusiyaya qarşı sanksiyalara qoşulmayıb, bu ölkəni kənd təsərrüfatı məhsulları ilə təmin etdiyini Rusiya rəsmiləri də dəfələrlə dilə gətirib, Prezident Əliyevə və Azərbaycan dövlətinə minnətdarlıq ediblər. Amma bu gün qisası Azərbaycan pomidor-xiyarından alır o boyda dövlət, əcaibdir. Üstəlik, münasibətlərin indiki hala gəlib çıxmasına görə Azərbaycanın zərrə qədər günahı yoxdur. Rəsmi Moskvanın Azərbaycana qarşı düşmənçilik siyasəti ona görə alovlanır ki, dövlətimiz keçən ilin 25 dekabrında mülki təyyarəmizin Rusiya tərəfindən vurulmasını unuda bilmir. Bu terror hadisəsini unutmaq mümkün də deyil. Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşdə də bir daha bəyan etdi ki, Azərbaycan bu hadisəni heç zaman unutmayacaq. Prinsipial mövqe ortada: “Bizim xahiş və tələblərimiz tamamilə məntiqlidir: qəzanı baş verməsində günahı etiraf etmək, təyyarəni vuran şəxsləri cəzalandırmaq, həlak olanların ailələrinə, zərərçəkənlərə və AZAL-a – itirilmiş təyyarəyə görə kompensasiya ödənilməsini təmin etmək”.

Bütün bunlardan sonra yenə də Rusiyanın öz cinayətini etiraf etməkdənsə, Krılovun “Qurd və Quzu” təmsilindəki sayağı davranması əcaibdir, absurddur, qəbulolunmazdır! Elə bu sətirləri yazarkən Rusiya Dövlət Dumasının üzvü Andrey Qurulyovun Azərbaycanı kənd təsərrüfatı məhsullarına görə təhdid etməsi xəbəri yayıldı. Səbəb nə imiş: Bakının Kiyevə humanitar yardım göstərməsi. Axmaqlıqdır, faşizm yanaşmasıdır! Azərbaycan Ukraynaya silah yollamır ki...Hünəriniz var, ukraynalılara illərdir hərbi yardım göndərənləri təhdid eləyin. Aqoniya vəziyyətindədirlər, bilmirlər nə desinlər, kimi günahkar çıxartsınlar. Qurulyov kimilər İrandakı vilayətilərə, cavanilərə çox oxşardır. Onlar da İsrailin hava zərbələri zamanı bunkerlərdə gizlənmişdilər, çıxan kimi...Azərbaycanı hədələdilər. Elə bu günlərdə də Zəngəzur dəhlizinə görə hədyanlar yağdırırlar. Dəhlizin təhlükəsizliyinə cavabdeh olacaq Trampa bir söz deməyə cürətləri çatmır, Azərbaycanı, hətta Ermənistanı təhdid edirlər. Şimaldakı və cənubdakı şovinistlər, dünya reallıqlarından bixəbərlər necə də bir-birilərinə bənzəyirlər...

İran 2020-ci ilin yanvarında “bilmədən” vurduğu və Ruhani səviyyəsində “bağışlanmaz səhv” adlandırdığı Ukrayna təyyarəsinə görə heç olmasa üzrxahlıq etmişdi. Rusiya isə AZAL təyyarəsinə qarşı həyata keçirdiyi terrora görə indiyədək adekvat davranmayıb. Nəinki adları məlum olan cinayətkarlar cəzalandırılmayıb, üstəlik, Rusiyadakı azərbaycanlılara qarşı “Səlib yürüşü”nün başlanmasının özü şimal qonşumuzun məkrli siyasətinin növbəti təzahürüdür. Yekaterinburqda azərbaycanlılara divan tutulması, iki qardaşın OMON tərəfindən dəhşətli işgəncələr nəticəsində qətlə yetirilməsi, diaspora təmsilçilərimizin, iş adamlarının, miqrantların qanunsuz həbsi, onların talan edilməsi kimi cinayətlər ondan xəbər verir ki, Rusiya özünü qanqster, reket dövlət kimi aparır. Amma nədənsə anlamırlar ki, bu siyasət Rusiyanı ətrafındakı tək-tük normal münasibətlərdə olan ölkələrdən məhrum etməyə aparır və belə davam edərsə, Rusiya dünyada tək qalacaq.

Diqqət edin, özünü Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə “dəstək verməyə hazır” adlandıran Kreml Vaşinqton Zirvəsindən, əldə olunan razılaşmalardan necə halbahal oldusa, Ukraynadakı Azərbaycana məxsus enerji infrastrikturunu hədəfə aldı. “Sülhməramlı” beləmi olur? Ötən illərdə dəfələrlə şahidi olmuşduq ki, Azərbaycan və Ermənistan rəhbərliyi Qərb paytaxtlarında görüşən zaman Rusiya Ermənistan üzərindən ölkəmizə qarşı təxribatlara əl atıb. Hələ biz keçmişə nəzər salsaq, “Atan kazaklardır”, məşhur deyimi və əsəri elə-belə yaranmayıb.

Bu gün Rusiyanın Azərbaycana qarşı təhdidlər paylaşan mediası, ölkəmizə hücuma səsləyən ekspertləri, Putinin köməkçiləri statusunda olan rəsmilər və digərləri elə davranış sərgiləyirlər ki, elə bil 1804-cü ilin 4 yanvara keçən gecəsində Gəncə xanı Cavad xanı qanına qəltan edən Çar Rusiyasının generalı Pavel Sisanovun cəlladları olmayıb! Özlərini elə aparırlar, sanki 12 iyun 1806-cı ildə - Kürəkçay müqaviləsi ilə Rusiyadan asılılığı qəbul etdikdən sonra belə - Qarabağ xanı İbrahimxəlil xanı ailə üzvləri ilə birlikdə rus mayoru Lisaneviçin qaniçən dəstəsi qətlə yetirməyib! Qubadan vurub, Lənkərandan çıxan, məmləkətimizə daim bəla gətirən Rusiyanın 23 aylıq Cümhuriyyətimizi qan içində boğduğunu, Qərbi Zəngəzuru qoparıb Ermənistana verməsini, yüz minlərlə azərbaycanlının dədə-baba yurdlarından deportasiya etməsini, Qarabağda erməni canilərə bir əsr ərzində at oynatmaq üçün imkanlar yaratmasını, repressiya illərində minlərlə ziyalımızı gedər-gəlməzə göndərdiyini, 90-cı ilin yanvarında Bakıda, 92-ci ilin fevralında Xocalıda törətdiyi dəhşətləri, Qarakənddə vurulan helikopterimizdə sayseçmə oğullarımızın həlak olmasını, Ermənistanın işğalçılıq siyasətindəki əsas rolunu, bu ölkəyə milyardlarla dollarlıq silah-sursat, hərbi texnikanın verilməsini...unuda bilmərik, unutmayacağıq! Bu gün Rusiya mediasında anti-Azərbaycan kampaniyası aparanlar və təhqiramiz yazılarla, təhdidlərlə çıxış edənlər ayıblarına kor olsunlar! 70 il ərzində daşınan Azərbaycanın sərvətlərini, faşizmlə müharibədə həlak olan 400 min nəfərədək azərbaycanlını, Azərbaycan neftinin qələbə üçün əsas amil olmasını yada salsınlar, bizim kimsəyə borcumuz yoxdur, çoxlarının bizə borcu var, həm maddi mənada, həm də vəfa borcu! Müstəqilliyimizi, ərazi bütövlüyümüzü təmin etməyimizi sinirə bilməyən faşizm xislətlilər unutmasınlar, biz Qarabağın və Şərqi Zəngəzurun 30 ərzində işğal altında qalmasına görə təkcə Ermənistanı günahkar hesab etmirik, Ermənistan Azərbaycanın qarşısında kim idi ki?!

Kreml çox qəzəblidir, Azərbaycanı Zəngəzur dəhlizi uğrunda müharibəyə çəkmək istəyirdi, alınmadı. Xatırlayırsınız, Zəngilan istiqamətindən Azərbaycan sərhədçilərinə açılan atəşi və qəhrəman əsgərimizin Kremldən idarə olunan erməni postunun külünü, muzdlu terrorçularla birgə havaya sovurmasını?..Rusiya çox istəyirdi ki, Azərbaycan dayanmasın, bu istiqamətdən hücuma keçib, Zəngilanla Ordubad arasında quru rabitəni bərpa eləsin.

Azərbaycanı çox istədiyindən, 30 ildən artıq blokadada saxlanılan Naxçıvan əhalisinin halına acıdığından yox! Rusiya Gümrüdə hazır saxladığı “sülhməramlı”larını Zəngəzur dəhlizinə yeritmək üçün plan hazırlamışdı çox güman ki...Təsəvvür edin, Azərbaycan Ermənistanla yenidən müharibə edir və növbəti dəfə araya Rusiya “sülhməramlıları” girir, Zəngəzur dəhlizində yerləşir, özü də əbədi...Rus əsgərləri Zəngəzur dəhlizində qaldıqdan sonra heç xərc çəkib Gümürdə hərbi baza saxlamağa da ehtiyac qalmaya bilərdi. Plan pozuldu. Rusiya nə mülki təyyarəmizə xain hücumla, nə miqrant azərbaycanlılara, nə diasporumuza, nə dövlətimizə, nə də...pomidor-xiyarımıza (?) sanksiyalarla istədiyinə nail ola bilmədi. Və Vaşinqton anlaşması masada! Rusiya heç şübhəsiz ki, Zəngəzur dəhlizinin “Putin yolu” adlandırılması üçün çalışırdı. 2020-ci ilin 10 noyabr bəyannaməsinin 9-cu bəndinin icrası üçün heç bir addım atmadı. Artıq 5 il keçib və Bakı sonadək gözləyə bilməzdi...Yarım milyon insanımız blokada vəziyyətində əziyyət çəkir. Dəhlizin beynəlxalq əhəmiyyəti də öz yerində...

Nəticədə Rusiyanın arzusu ürəyində qaldı, artıq Azərbaycan və Ermənistan liderləri Tramp yolu ilə bağlı anlaşıblar...Rusiya günahı özündə axtarsın, məkrli siyasətindən əl çəksəydi, bəlkə də əksinə ola bilərdi...Amma daha gecdir. Rusiya Qafqaz cəbhəsində uduzdu, əməllərinin bir qismini bədəlini ödədi.

Özündən küssün və Azərbaycan kimi beynəlxalq ədaləti əlində bayraq edən ölkələrlə davranışlarında korrekt olmağa çalışsın, hikkəsini kənara qoymağı bacarırsa...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Avqust 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see272

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see243

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see232

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see209

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see192

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see176

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see167

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see157

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see151

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see149

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see146

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see146

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see139

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see139

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

26 Dekabr 2025 00:28see138

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see138

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see132

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see131

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

25 Dekabr 2025 22:55see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri