Icma.az
close
up
RU
Rusiya Zəngəzura yerləşir: Dəhliz bu qaydalarla açılacaq

Rusiya Zəngəzura yerləşir: Dəhliz bu qaydalarla açılacaq

Teleqraf.com saytına istinadən Icma.az xəbər verir.

Rusiya xarici işlər naziri Sergey Lavrovun erməni həmkarı Ararat Mirzoyanla Ermənistanın Sünik bölgəsində (Zəngəzur – red.) Rusiya konsulluğunun genişləndirilməsi məsələsini gündəmə gətirməsi heç də təsadüfi deyil. Sözsüz ki, bu gün Zəngəzur bir sıra dövlətlərin maraq dairəsindədir. Rusiya ilə yanaşı, İran da bu bölgədə yer almaq niyyətindədir. Bir müddət öncə İranın həmin bölgədə konsulluq açması da bu məqsədlərdən yaranıb. İndi isə Rusiya Zəngəzurda konsulluq açmaq niyyətini ifadə edib.

Bunu Teleqraf.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli deyib.

“Rusiya həm də Zəngəzur dəhlizinin açılması məsələsində özünün xüsusi rolunu önə çəkməyə çalışır. Moskva bu məsələdə 10 noyabr 2020-ci ildə imzalanmış (Azərbaycan, Rusiya və Ermənistan) Bəyanata əsaslanır. Həmin bəyanatın 9-cu bəndinə görə, kommunikasiya xəttlərinin təhlükəsizliyi Rusiya Sərhəd Xidməti tərəfindən təmin olunmalı idi”, - deyə o qeyd edib.

Ekspert son dövrlər Rusiya ilə Ermənistan arasında fikir ayrılığına səbəb olan məsələlərdən birinin də Zəngəzur dəhlizinə nəzarət mexanizmi ilə bağlı olduğunu bildirib:

“İrəvan heç bir halda Zəngəzurdan keçən kommunikasiya xəttlərinin təhlükəsizliyini təmin etməyə razılıq vermək istəmir. Məhz Rusiya XİN rəhbəri Sergey Lavrovun mövqeyi bu kontekstdə dəyərləndirilə bilər”.

Mətin Məmmədli hesab edir ki, Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi birmənalıdır:

“Rəsmi Bakı son 4 ildə dəfələrlə bəyan edib ki, Ermənistan regional kommunikasiya xəttlərinin açılması ilə bağlı öhdəlikləri nəhayət yerinə yetirməlidir. Üçtərəfli bəyanatda bu məsələ öz əksini tapıb. Bakının mövqeyi hüquqa, məntiqə əsaslanır. Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında maneəsiz gediş-gəlişin təmin edilməsi ilə bağlı Ermənistan üzərinə öhdəlik götürüb. İndiyə kimi İrəvan bu öhdəlikləri icra etmir”.

Qeyd edək ki, Rusiya hökuməti Azərbaycanla sərhəddə yerləşən Qafan şəhərində (Zəngəzur bölgəsi) baş konsulluğun açılması ilə bağlı razılaşmanı təsdiqləyib. Beləliklə Rusiyanın Gümrüdən başqa Qafanda da baş konsulluğu olacaq. Bu Rusiyanın Ermənistandakı ikinci konsulluğudur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 23 Yanvar 2025 09:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see214

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see185

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see179

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see153

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see149

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see149

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see149

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see148

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see146

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri