Rusiyada 15 yaşlı yeniyetmə məktəbdə şagirdi bıçaqlayaraq öldürüb, mühafizəçini yaralayıb FOTO VİDEO YENİLƏNİB
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Moskva vilayətinin Odintsovo şəhərində orta məktəbdə baş vermiş insidentdə bir şagird ölüb, mühafizəçi yaralanıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, Qorki-2 qəsəbəsində yerləşən orta məktəbə hücum edən 15 yaşlı yeniyetmə olub. O, 10 yaşlı şagirdi bıçaqlayaraq öldürüb, mühafizəçini yaralayıb.
Cinayəti törədən yeniyetmənin həmin məktəbin 9-cu sinif şagirdi Timofey K. olduğu məlum olub.
Onun köynəyinin üzərində "Heç kimin həyatı vacib deyil" yazısı olub.
Hüquq-mühafizə orqanları yeniyetməni saxlayıb.
***
11:23
Moskva vilayətinin Odintsovo şəhərində məktəbli bir neçə nəfəri bıçaqlayıb.
APA-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, insident Qorki-2 qəsəbəsində Uspenskaya orta məktəbində baş verib.
İlkin məlumata görə, məktəbli bir mühafizəçini və şagirdi bıçaqlayıb.
"Baza"nın məlumatına görə, Qorki-2 qəsəbəsindəki məktəbə edilən hücumda bir uşaq ölüb, daha iki nəfər yaralanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 16 Dekabr 2025 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















