Məktəbdə VƏHŞİLİK 7 nəfər yığışıb 15 yaşlı şagirdi döydü
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyənin Sivas şəhərində məktəbdə baş verən dəhşətli zorakılıq hadisəsi cəmiyyətdə geniş rezonans doğurub.
Milli.Az yerli mediaya istinadən xəbər verir ki, 15 yaşlı Elif T.Ç. adlı 9-cu sinif şagirdi, təhsil aldığı liseydə 7 həmyaşıdı tərəfindən sinif otağında döyülüb.
Məlumata görə, Elif T.Ç.-yə qarşı zorakılıq tətbiq edən şagirdlərdən 3-ü bu dəhşətli anları mobil telefonla çəkərək sosial şəbəkələrdə yayıb. Kadrlarda Elifin yerə yıxılaraq sürükləndiyi, başından tutularaq üzünə sillə vurulduğu və dəfələrlə təpikləndiyi aydın görünür.
Hadisədən sonra Elif evə gedərək olanları ailəsinə danışıb. Valideynləri isə zorakılıq edən şagirdlər barədə hüquq-mühafizə orqanlarına müraciət ediblər. Bildirilir ki, Elif T.Ç. uzun müddətdir həmin şagirdlərin zorakılığına məruz qalırmış.
Sosial mediada yayılan görüntülərin ardından rəhbərlik həmin şagirdləri məktəbdən qovub. Bəzi valideynlər isə bu şagirdlərin yenidən məktəbə qəbul edilməməsi üçün rəhbərliyə müraciət ediblər.
Hazırda araşdırma aparılır.
Kənan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 08 May 2025 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















