“RUSİYADA ANTİ AZƏRBAYCAN RİTORİKASI GÜCLƏNƏCƏK” “Paşinyan Ermnənistanı Kremlin qanadı altına qaytarır”
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycandan fərqli olaraq, özünü guya qərbpərəst kimi təqdim edən Ermənistanın Baş nazirinin Moskvadakı 9 may paradına qatılması birmənalı qarşılanmayıb.
“AzPolitika” xəbər verir ki, Azərbaycanın sabiq XİN başçısı Tofiq Zülfüqarovun fikrincə, Nikol Paşinyanın paraddakı tribunada görünməsi onun Ermənistanı yenidən Moskvanın tam təsir zonasına qaytarmaq niyyətindən xəbər verir.
Zülfüqarov bununla bağlı öz sosial şəbəkə səhifəsində yazıb: “Mayın 9-da keçirilən parad göstərdi ki, Paşinyan və komandası, o cümlədən Trampın seçilməsindən və Qərbin dəstəyinin olmadığını dərk etdikdən sonra Ermənistanı Kremlin qanadı altına qaytarmaq qərarına gəlib. Erməni ictimaiyyətində “Avropa inkişaf vektoru”nun perspektivlərinin itirilməsi ilə bağlı giley-güzar səslənir.
Paşinyan Moskvada “köçəryanlar-sarkisyanlar” və onların klonlarından daha yaxşı Rusiyanın maraqlarına xidmət edəcəyini sübut etməyə çalışıb.
Əvvəlki paylaşımımda mülahizə etdiyim kimi, Kremlin Vardanyanı həbsxanadan “əzabkeş” obrazında seçkiqabağı Ermənistanın siyasi meydanına qaytarmaq niyyəti təkcə Bakının deyil, həm də Paşinyanın maraqlarına ziddir.
Kremlin uzunmüddətli maraqlarını təmin etmək üçün Ermənistanın bütün seçki platformalarında oynamağa davam edəcəyi gözlənilir.
Onu da ehtimal etmək olar ki, Rusiya-Azərbaycan münasibətlərində yaranmış problemlər fonunda ermənipərəst, anti- Azərbaycan siyasi ritorika tendensiyası güclənəcək”.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 12 May 2025 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















