Rusiyada aviabiletlərin qiymət həddi tətbiq etmək niyyətindədirlər
Report.az saytına istinadən Icma.az xəbər verir.
2025-ci ilin sentyabrınadək bütün Rusiya aviadaşıyıcıları öz tarif siyasətlərini əsaslandıran daxili sənəd təqdim etməli olacaqlar.
“Report” xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti yazıb.
Nəşrin məlumatına görə, Federal Antiinhisar Xidməti (FAS) və Rusiyanın Nəqliyyat Nazirliyi aviaşirkətlərə kommersiya siyasətlərinin əsas müddəalarının formalaşdırılması üzrə tövsiyələrlə birgə məktub göndəriblər.
İki daşıyıcı artıq cavab verib ki, iqtisadi cəhətdən əsaslandırılmış tarifdən aşağı olan aviabiletlərin payı azı 60 faiz, maksimal tarif üzrə biletlərin payı isə 2,5 faizdən az olacaq.
Bununla belə, aviabiletlərin qiymət həddi hələlik bu kommersiya siyasətləri ilə normativ olaraq məhdudlaşdırılmır.

Rusiyada qiymət artımı...
12 Dekabr 2024 20:45
Rusiyada qiymət artımı sürətləndi...
27 Noyabr 2024 21:58
Türkiyə tədarükü azaltdı, Rusiyada qiymət bahalaşdı
01 Dekabr 2024 12:40
Rusiyada qiymət ucuzlaşdı, Azərbaycanda isə satılmır
11 Dekabr 2024 12:32
Türkiyə tədarükü azaltdı, Rusiyada dərhal qiymət bahalaşdı
01 Dekabr 2024 12:08

