Icma.az
close
up
RU
Rusiyada azərbaycanlı milyarderlərlə bağlı hökm verildi Putinin “qara siyahısı”nda kimlər var?

Rusiyada azərbaycanlı milyarderlərlə bağlı hökm verildi Putinin “qara siyahısı”nda kimlər var?

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İyun ayının sonlarından Rusiyada başlayan azərbaycanlı “ovu” özünün pik nöqtəsinə yaxınlaşır. Yekaterinburqda Səfərov qardaşlarının Rusiya OMON-u tərəfindən vəhşicəsinə öldürülməsindən sonra vəziyyət sakitləşmək əvəzinə daha da qızışıb. Demək olar, hər gün Rusiyanın müxtəlif şəhərlərində azərbaycanlı iş adamları, imkanlı şəxslər saxlanır, döyülür, əmlaklarına zərər vurulur. Artıq Kremlə yaxınlığı ilə tanınan nüfuzlu biznesmenlər, milyarderlər də hədəfə alınıb.

Xatırladaq ki, ötən həftə yəhudi əsilli azərbaycanlı iş adamı Qod Nisanov təcili şəkildə Türkiyənin Bodrum şəhərindən Moskvaya çağırılıb. Onun sahibi olduğu “Fud-Siti” bazasına hücum təhlükəsi ilə bağlı Rusiyaya döndüyü bildirilir. Lakin iddialara görə, əsl səbəb Putinə yaxın oliqarxların Azərbaycana bağlılığı və bu əlaqələrin Kreml tərəfindən narahatlıq doğurmasıdır.

İyulun 25-də isə daha bir azərbaycanlı milyarder – İsgəndər Xəlilovun hədəfə alındığı məlum oldu. Onun oğlu Rəhman Xəlilova məxsus “Railgo” şirkətinin Moskvadakı ofisinə xüsusi təyinatlılar basqın edib, sənədlər müsadirə olunub. Hadisə ilə bağlı ilkin xəbərlər təkzib olunsa da, insidentin baş verdiyi mənbələr tərəfindən təsdiqlənib. Bildirilir ki, Xəlilovlar məsələnin böyüməsinin qarşısını almaq üçün şəxsi əlaqələrdən istifadə edərək vəziyyəti müvəqqəti “sakitləşdirə” biliblər.

Bəs Putin hakimiyyətinin bu addımlarının arxasında nə dayanır? Azərbaycan əsilli milyarderlər öz pulları və əlaqələri ilə Moskvada daha “etibarsız” fiqurlara çevriliblər? Onları təzyiqlə neytrallaşdırıb Kremlə tabe etdirilmək, yoxsa müflis edilib Azərbaycana qaytarmaq istəyirlər?

Globalinfo.az-a danışan deputat Cavanşir Feyziyev bildirib ki, son aylarda Rusiyada müşahidə olunan hadisələr Kreml rəhbərliyinin dövlətlərarası münasibətləri qeyri-rəsmi üsullarla tənzimləməyə çalışdığını göstərir.

Onun sözlərinə görə, bu cəhdlər diplomatik normalardan kənara çıxmaqla yanaşı, müəyyən beynəlxalq hüquq prinsiplərinə də ziddir:

“Bu, Rusiya dövlət idarəçiliyi üçün xarakterik və ənənəvi bir haldır. Azərbaycanın beynəlxalq hüquq, beynəlxalq təcrübə normaları, həmçinin mehriban qonşuluq prinsipləri çərçivəsində irəli sürdüyü tələbə bu cür qeyri-adekvat reaksiyanın verilməsi Rusiya idarəçiliyinin ilk növbədə beynəlxalq hüququ heçə saymasının göstəricisi və təsdiqidir.

Digər tərəfdən, bu, Rusiyanın 2022-ci ildə Azərbaycanla imzaladığı qarşılıqlı strateji əməkdaşlıq prinsiplərini birtərəfli qaydada pozması anlamına gəlir.

Həmçinin oxuyun:

“Azərbaycan təyyarələrinin Rusiya səmasında uçması çox təhlükəlidir” – Ekspertlərdən ŞOK XƏBƏRDARLIQ

Cavanşir Feyziyev

Üçüncü aspektdən yanaşdıqda isə, baş verənlər Rusiyanın beynəlxalq siyasi arenada son illərdə formalaşmış reallıqları nəzərə almadan hələ də öz hegemonluq iddiasını nümayiş etdirmək cəhdidir. Qonşu dövlətlərə, xüsusilə Azərbaycana qarşı münasibətlərdə “velikorus” sindromundan əl çəkməməsi Rusiya dövlətini daha geniş və daha gərgin qarşıdurmalara sürükləyə bilər”.

Cavanşir Feyziyev əlavə edib ki, Azərbaycan diasporuna və azərbaycanlı iş adamlarına qarşı nümayiş etdirilən təzyiq və basqılar, əslində, Rusiya dövlətinin öz vətəndaşına qarşı aqressiv münasibəti kimi qiymətləndirilməlidir:

“Rusiyada fəaliyyət göstərən azərbaycanlı iş adamlarının fəaliyyəti ilk növbədə bu ölkənin sosial-iqtisadi inkişafına xidmət edir. Dövlətin onlara qarşı siyasi motivli və qərəzli münasibəti Rusiyanın məcazi mənada “öz oturduğu budağı kəsməsi” ilə eyniləşdirilə bilər. Bundan əlavə, bu cür yanaşma Rusiyada insan haqlarının sistematik şəkildə pozulduğunu, biznes və əmlak toxunulmazlığı prinsiplərinə əməl olunmadığını açıq şəkildə nümayiş etdirir. Belə şəraitdə biznes özünə başqa ölkələrdə daha təhlükəsiz mühit tapa bilər, amma Rusiya isə, beynəlxalq biznes dairələrində və qlobal iqtisadi platformalarda formalaşmış işgüzar nüfuzunu uzun illər bərpa edə bilməyəcək”.

Millət vəkili vurğulayıb ki, Moskva atdığı qeyri-qanuni addımlarla əslində özünə daha çox zərər vurur:

“Bu cür siyasətin nəticələri istər-istəməz ölkənin daxili siyasi və iqtisadi həyatında mənfi təsirini göstərəcək. Bütün bu baş verənlər fonunda Rusiyanın Azərbaycana və azərbaycanlılara qarşı yürütdüyü irqçilik elementləri daşıyan təzyiq siyasətinin əsl motivlərini anlamaq olduqca çətindir”.

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 İyul 2025 19:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see154

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see146

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri