Rusiyada azərbaycanlıların qətlə yetirilməsi ilə bağlı istintaq qrupu yaradılıb Baş Prokurorluq rəsmisi
Icma.az, Sia Az saytına istinadən bildirir.
Baş Prokurorluqda Rusiyada azərbaycanlıların qətlə yetirilməsi faktları ilə bağlı başlanmış cinayət işinin araşdırılması məqsədilə geniş tərkibli istintaq qrupu formalaşdırılmışdır. SİA xəbər verir ki, bu barədə məlumat Baş Prokurorluqda keçirilən brifinqdə qurumun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov tərəfindən verilmişdir.
N.Əvəzovun sözlərinə görə, Rusiya Federasiyasının əməliyyat-axtarış orqanları tərəfindən aparılan tədbirlər nəticəsində ən azı 14 nəfər saxlanılmışdır. Saxlanılanlardan 12 nəfərinin Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edilmişdir. Aparılmış ilkin araşdırmalar zamanı həmin şəxslərdən 7-nin fiziki zorakılığa məruz qaldığı faktı təsdiqini tapmışdır.

Baş Prokurorluq Rusiyada azərbaycanlıların qətlə yetirilməsi ilə bağlı mətbuat konfransı keçirir
02 İyul 2025 09:32
Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı geniştərkibli istintaq qrupu yaradılıb Nemət Əvəzov
02 İyul 2025 10:31
Baş Prokurorluq: Qəza ilə bağlı ekspertiza aparılır, istintaq gedir
25 Dekabr 2024 14:22
Baş Prokurorluq təyyarə qəzası ilə bağlı açıqlama yaydı: İstintaq...
30 Dekabr 2024 13:05

