Rusiyada film kimi TƏQİB Polis sərxoş traktorçunu belə saxladı VİDEO
Icma.az, Bizim media portalına istinadən məlumat verir.
Rusiyanın Başqırdıstan Respublikasının Neftekamsk şəhərində hüquq-mühafizə orqanları əməkdaşları ilə traktor sürücüsü arasında filmləri xatırladan təqib hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.
Belə ki, yolla hərəkət edənsərxoş traktorçu polisin diqqətini çəkib. Lakin o, hüquq-mühafizə əməkdaşlarının "saxla" tələbinə məhəl qoymayaraq əkin sahəsi ilə aradan çıxmağa cəhd edib.
Sürücünün tarlalar vasitəsilə polislərdən qaçmaq planı boşa çıxıb. Çətin relyefdən çəkinməyən polis əməkdaşları təqibi davam etdiriblər. Bir neçə cəhddən sonra onlar sərxoş sürücünü saxlamağa müvəffəq olublar.
Hadisə ilə bağlı araşdırma aparılır, sürücünün sərxoşluq dərəcəsi və hadisənin təfərrüatları dəqiqləşdirilir. İlkin məlumata görə, onu sərxoş halda nəqliyyat vasitəsini idarə etməyə və polisin qanuni tələbinə tabe olmamağa görə inzibati məsuliyyət gözləyir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 11 Avqust 2026 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















