Icma.az
close
up
RU
Rusiyada işləyən azərbaycanlı 10 gündür YOXA ÇIXIB

Rusiyada işləyən azərbaycanlı 10 gündür YOXA ÇIXIB

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan vətəndaşı Mayis Qədir oğlu Səfərov 2025-ci ilin oktyabr ayının 27-də işləmək məqsədilə rəsmi qaydada Rusiyanın Amur vilayətinin Svobodnı şəhərinə yollanıb. O, bir şirkət vasitəsilə "Amur" adlı müəssisədə qanuni fəaliyyət göstərib. M.Səfərov 7-8 ay həmin müəssisədə işləyib və sənədləri tam qaydasında olub:

Bu barədə Mayis Səfərovun həyat yoldaşı Sahilə Səfərova Modern.az-a məlumat verib.

S.Səfərova deyib ki, xeyli vaxtdır həyat yoldaşı ilə əlaqələri kəsilib. O əlavə edib ki, sonuncu dəfə əri ilə iyunun 28-də axşam saatlarında əlaqə saxlayıb. Həmin vaxtdan etibarən isə ondan heç bir xəbər yoxdur:

“Yoldaşım şirkət vasitəsilə, rəsmi qaydada Rusiyaya gedib. Sənədlərində heç bir problem yox idi. İçki içmir, pis vərdişləri yoxdur, sakit və namaz qılan bir insandır. Aldığımız məlumata görə, onu heç bir səbəb göstərilmədən saxlayıblar. Rusiya polisi tərəfindən bölməyə aparıldığı deyilir, amma bizə nə səbəb, nə də vəziyyəti ilə bağlı heç bir məlumat verilməyib”.

S.Səfərova həmçinin vurğulayıb ki, həyat yoldaşının ata və anası da dünyasını dəyişib:
“Heç kimimiz yoxdur, uşağım xəstədir, yoldaşımın bacısı da ruhi xəstədir, mən isə işləmirəm. Yoldaşım bizi dolandırmaq üçün Rusiyaya gedib. İndi isə onunla əlaqə saxlaya bilmirik”.

S.Səfərova qeyd edib ki, Xarici İşlər Nazirliyinə müraciət etsə də, hələ ki heç bir cavab ala bilməyib.
Aytac Bəhruzqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 İyul 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see277

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see274

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see259

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see250

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see249

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see243

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see236

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see233

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see223

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see219

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see214

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see214

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see212

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see205

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see200

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see200

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see199

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see187

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri