Icma.az
close
up
RU
Rusiyada iyunun 30 dan vizasız rejimi olan ölkələrin vətəndaşları ilə bağlı yeni qaydalar qüvvəyə minəcək

Rusiyada iyunun 30 dan vizasız rejimi olan ölkələrin vətəndaşları ilə bağlı yeni qaydalar qüvvəyə minəcək

Icma.az, Azertag saytına istinadən bildirir.

Moskva, 6 may, AZƏRTAC

İyunun 30-dan Rusiyada vizasız rejim əsasında bu ölkəyə gələn xarici vətəndaşlar üçün yenilənmiş rəqəmsal qeydiyyat sistemi qüvvəyə minəcək. Yeni prosedura əsasən, onlar “Dövlət Xidmətləri RuID” portalı vasitəsilə əvvəlcədən xüsusi QR kodu əldə etməlidirlər.

AZƏRTAC xəbər verir ki, əcnəbilər ölkəyə girişə azı üç gün qalmış rəqəmsal identifikasiyadan keçməlidir: şəxsi məlumatları, səyahət məqsədi, marşrutu və Rusiyada qalma ünvanını daxil etməli, həmçinin foto və sənədlərin skanını yükləməlidir. Fövqəladə hallarda (qohumun xəstəliyi və ya ölümü) girişdən dörd saat əvvəl qeydiyyata icazə verilir. Ərizə 90 gün ərzində etibarlıdır. Alınan QR kodu sərhəd nəzarətindən keçərkən təqdim olunur.

Mütəxəssislərin qeyd etdiyi kimi, əcnəbinin Rusiyaya girişinə qadağa qoyularsa, sistem kodun yaradılmasına imkan verməyəcək. Bu, başqa ölkə vətəndaşının məhdudiyyət barədə yalnız sərhəddə xəbər tutması və geri dönüş reysini gözləmək üçün hava limanında uzun müddət qalmaq məcburiyyətində olması hallarının qarşısını alacaq.

Lakin QR kodun olması ölkəyə girişə zəmanət vermir: yekun qərar sərhəd xidmətinin səlahiyyətində qalır. Rusiyaya gəldikdən sonra əcnəbilər də biometrik nəzarət - barmaq izi və foto çəkiliş prosedurundan keçməli olacaqlar. İstisnalar Belarus vətəndaşları, vizasız ölkələrin diplomatları və altı yaşından kiçik uşaqlara aid ediləcək. Altı yaşdan 18 yaşa qədər olan yetkinlik yaşına çatmayanlara yalnız valideynlərinin və ya qanuni qəyyumlarının müşayiəti ilə ölkəyə girişə icazə verilir.

Ekspertlər islahatın məqsədinin miqrasiyaya, xüsusən də əmək sferasına nəzarəti gücləndirmək olduğunu vurğulayırlar. Yenilik sərhəd-keçid məntəqələrinin yükünü azaltmağa, qeyri-qanuni miqrantları müəyyən etməyə və sənəd dövriyyəsini qaydaya salmağa kömək edəcək. Bundan əlavə, miqrantın rəqəmsal profili qarşılıqlı əlaqənin digər mərhələlərində, o cümlədən Daxili İşlər Nazirliyi və vergi xidmətində istifadə olunacaq.

Eyni zamanda, ekspertlər “Dövlət xidmətləri” platformasının texniki qeyri-sabitliyi, eləcə də rus dilini aşağı səviyyədə bilən vətəndaşlar üçün qeydiyyatın çətinliyi ilə bağlı narahatlıq ifadə edirlər. Yanlış məlumat daxil edilməsi SNILS (fərdi şəxsi hesabın sığorta nömrəsi) və digər sənədləri doldurarkən səhvlərə səbəb ola bilər, həmçinin işə qəbulu və hesabatlılığı çətinləşdirir.

Yeni sistem çərçivəsində tətbiq olunan eksperimental rejim 2026-cı il iyunun 30-dək davam edəcək.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 May 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see151

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see132

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri