Icma.az
close
up
RU
Rusiyada miqrantlar buna məcbur ediləcək

Rusiyada miqrantlar buna məcbur ediləcək

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyaya uzun müddətə, o cümlədən əmək fəaliyyəti üçün gələn xarici vətəndaşların mobil telefon alması məcburi edilə bilər. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin iclasında Rusiya daxili işlər nazirinin müavini İqor Zubov məlumat verib. Məlumata görə, mobil cihaz ölkədə xarici vətəndaşların qalmasına nəzarət sisteminin bir hissəsi olacaq. Zubov dəqiqləşdirib ki, bu tədbir xüsusilə işləmək və ya uzun müddət qalmaq üçün gələn miqrantlara aid olacaq. Onun sözlərinə görə, telefonda miqrantın elektron profili yerləşdiriləcək və DİN həmin profil vasitəsilə onun yerləşdiyi əraziyə nəzarət edə biləcək.

"Bu, onun bir yaşayış məntəqəsindən digərinə nəzarətsiz keçməsinə, qalma yerini dəyişməsinə imkan verməyəcək", - deyə Zubov bildirib.

O, həmçinin qeyd edib ki, belə telefonların olması miqrasiya qeydiyyatı məsələlərində xarici vətəndaşlarla əlaqə yaratmağa imkan verəcək. Xüsusilə, həmin vasitə ilə sənədlərin qüvvədə olma müddətinin yaxınlaşan sonu və ya dövlət orqanlarına müraciət zərurəti barədə bildiriş göndərmək mümkün olacaq.

İyulun 10-da Rusiya DİN-in rəsmi nümayəndəsi İrina Volk bildirib ki, DİN əməkdaşları, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) və Rosfinmonitorinq miqrasiya sahəsində 60 200 hüquq pozuntusunun qarşısını alıb. Nəticədə ölkədən 14 600 xarici vətəndaş çıxarılıb. Qurumlar xarici vətəndaşları qanunsuz şəkildə işə cəlb edən 10 400 işəgötürəni məsuliyyətə cəlb edib. 29 300 miqrantın ölkəyə girişinə icazə verilməməsi barədə qərar qəbul olunub. Bundan əlavə, bu sahə üzrə 2 000 cinayət işi başlanıb. Əməliyyat zamanı axtarışda olan 301 nəfər də müəyyən edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 15 İyul 2026 21:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see322

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see300

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see296

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see285

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see280

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see271

Subayların sayı artır, biznes üçün YENİ BAZAR yaranır

28 Avqust 2026 15:40see267

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see263

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see260

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see254

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see229

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see224

Yorğunluq və unutqanlığın səbəbi...

28 Avqust 2026 15:56see224

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see223

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

28 Avqust 2026 21:28see223

Bu tələbələr təhsil kreditindən yararlana biləcək RƏSMİ

28 Avqust 2026 11:58see221

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see221

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see214

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see210

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri