Rusiyada miqrantlarla bağlı yeni qanun hazırlanıb, mənzil bir illik icarəyə veriləcək
Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiyada Liberal Demokratlar Partiyası (LDPR) hökumətə miqrantları yalnız müqavilə əsasında mənzillə təmin etməyi məcbur edən və maksimum kirayə müddətini bir illə məhdudlaşdıran qanun layihələri göndərib.
Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri, LDPR lideri Leonid Slutski məlumat verib.
“Əsas qaydalara əməl etməyən əcnəbi kirayəçilərlə qonşuluq ölkəmizin yerli əhalisi üçün əsl problemə çevrilib. Səs-küy, zibil, dava-dalaş, izdiham - reallıq belə görünür. İnsanlar həm uşaqları üçün, həm də özləri üçün qorxurlar. Belə mənzillərin sahiblərini tapmaq çox çətindir, polisə edilən zənglər miqrantların aqressiyasını daha da artırır. Qəbulumuza minlərlə oxşar müraciətlər var! LDPR fraksiyası hökumətə miqrantları yalnız müqavilə əsasında mənzillə təmin etməyi məcbur edən və maksimum kirayə müddətini bir illə məhdudlaşdıran qanun layihələri paketi göndərib”, - deyə o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 11 Noyabr 2024 09:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















