Rusiyada qəribə oğurluq: Restoranından 17 kq əti və 22 bağlama lavaş oğurlayıb
Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional Baş İdarəsi məlumat yayıb.
Hadisə gecə saatlarında şəhərin pavilyonlarından birində baş verib. Naməlum şəxs pəncərəni sındıraraq içəri daxil olub və oradan 17 kq dondurulmuş mal əti və 22 bağlama lavaş oğurlayıb. Oğru kassada olan 2000 rubldan çox pulu da götürüb. Restoran sahibi ümumi zərəri təxminən 18.000 rubl qiymətləndirib.
Polis şübhəlinin şəxsiyyətini müəyyənləşdirib, 37 yaşlı yerli sakindir. Onun şəhərin Leninski rayonunda bir neçə analoji oğurluq etdiyi məlum olub. Həmin şəxs saxlanılaraq polis bölməsinə aparılıb. Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 158-ci (oğurluq) maddəsi ilə cinayət işi açılıb.
Bundan əvvəl Yakutskda kamuflyajlı şəxs kafeyə soxulub və şaruma tələb edərək insanları bıçaqla hədələyib.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 08 Oktyabr 2025 13:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















