Icma.az
close
up
RU
Rusiyada seçkiyə 40 min dollarlıq çanta ilə gəldilər Məmur ailələrinin DƏBDƏBƏSİ

Rusiyada seçkiyə 40 min dollarlıq çanta ilə gəldilər Məmur ailələrinin DƏBDƏBƏSİ

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyada Dövlət Dumasına seçkilərin ilk günü yüksək vəzifəli məmurların ailə üzvlərinin bahalı aksessuarları diqqət çəkib. Onlardan birinin səsverməyə təxminən 40 min dollarlıq çanta ilə gəldiyi bildirilir.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, araşdırmaya görə, baş nazirin birinci müavini Denis Manturovun həyat yoldaşı Natalya Manturova seçki məntəqəsinə Fransanın “Celine” brendinin 3600 avro qiyməti olan “Classique Triomphe” çantası ilə gəlib.
“MO”nun araşdırdığı məlumatlara əsasən, Natalya Manturovanın bank hesablarında 160 milyon rubldan çox vəsait saxlanılır. Bunun 124,4 milyon rublunun VTB-də depozitdə olduğu bildirilir. İxtisasca plastik cərrah olan Manturovanın illik gəlirinin 7–50 milyon rubl arasında dəyişdiyi qeyd olunur.
 

Daha bahalı aksessuarla Tatarıstan rəhbəri Rüstəm Minnixanovun həyat yoldaşı Gülsinə Minnixanova görüntülənib. Onun əlində “Hermès Kelly Cut” modelinin qara timsah dərisindən hazırlanmış çantası olub. Eyni model hazırda “Sotheby’s”də 39 900 dollara təklif edilir. Gülsinə Minnixanova Kazandakı premium SPA və hotel biznesi “Luciano”nun sahibidir və onu idarə edir.


“MO” seçkinin ilk günü Dmitri Medvedevin səsverməyə tək gəlməsinə də diqqət çəkib. Nəşr “Flightradar” məlumatlarına əsaslanaraq yazır ki, həmin vaxt ailəsinin istifadə etdiyi Bombardier Global 5000 təyyarəsi İstanbula uçurdu.
Mənbə sərhəd xidmətinə aid olduğu bildirilən məlumatlara istinadən bu təyyarədən Medvedevin həyat yoldaşı və oğlunun istifadə etdiyini yazır. Bununla belə, onların məhz həmin reysdə olduğu təqdim edilən məlumatlarla qəti təsdiqlənmir.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://bizim.media
archiveBu xəbər 19 Sentyabr 2026 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri