Nəqliyyat nazirinin keçmiş müavini Arif Əsgərov tender adı ilə 3,6 milyon manatı necə mənimsəyib?
Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Nəqliyyat Nazirinin keçmiş müavini Arif Əsgərov və onun oğlu Elnar Əsgərov tərəfindən dələduzluğa məruz qaldığını iddia edib.
Newscenter.az İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzinə istindən bildirir ki, Emil Məmmədov hadisənin baş vermə tarixi və təfərrüatları ilə bağlı sözügedən Mərkəzə müraciət edib. Həmin müraciəti təqdim edirik:
Emil Məmmədov bildirir ki, adiyyatı dövlət orqanlarına dəfələrlə müraciət etsə də, təəssüflər olsun ki, indiyə kimi heç bir nəticə əldə edə bilməyib. Məcbur qalıb insan haqlarının qurunması təşkilata müraciət edib və ümid edir ki, başıma gələn bu haqsızlıqları aidiyyəti dövlət orqanları qarşısında qaldırılacaq.
"Bildirirəm ki, sabiq Nəqliyyat Nazirinin müavini Arif Əsgərovun və oğlu Elnar Əsgərov tərəfindən dələduzluqa məruz qalmışam və nəticədə mənə külli miqdarda ziyan dəymişdir.
Yazıb Sizə bildirirəm ki, 2011-2013-cü illərdə tanışım Əsgərov Elnar Arif oğlu tenderdə iştirakımı təmin etmək adı ilə aldadaraq məndən hissə-hissə cəmi 3.638.000 ABŞ dolları məbləğində pul vəsaiti almışdır. İki il ərzində 700.000 ABŞ dolları xeyr qismində toplanmışdır. O toplanmış məbləği mən tələb etdikdə, çox saylı səylərim nəticəsində 500.000 ABŞ dolları 04.10.2013-cü ildə və 200.000 ABŞ dolları 14.11.2013 tarixində məbləğdən qaytararaq və bu qaytarılmış pulları ana məbləğdən çıxılması və yerdə qalan 2.938.000 ABŞ dolları pulumu qaytaracağını bildirmişdi.
Mən bu şəxsin yəni Elnar Arif oğlu Əsgərovun saxta şirkətlər yaradaraq, maliyyə maxinasiyaları, o cümlədən - yalançı sahibkarlıq və çirkli pulların yuyulması cinayətlərini törətdiyini gördükdə bu barədə Elnara irad bildirərək pullarımı geri istədim. Elnar isə buna cavab olaraq, atam Arif Əsgərov artıq Nəqliyyat Naziri Ziya Məmmədova nazir müavini vəzifəsinə təyin edilib, yəni gücümüzə güc qatılıb, get ürəyin kimə və hara istəyirsən şikayət et deyərək qalıq pulları verməkdən imtina etdi. Tərəfimdən dəfələrlə edilmiş şikayətlər və müraciətlərdən sonra, nəhayət Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi Məmmədov Elnur Telmanoğlu tərəfindən araşdırma aparılmamış, ərizəçinin izahatı alınmadan belə cinayət işinin başlanması rədd edilmişdir".
Şikayətçi deyir ki, qeyd olunan qərardan məhkəmə nəzarəti qaydasında Nərimanov rayon Məhkəməsinə şikayət verilmiş, Nərimanov rayon Məhkəməsinin 6(005)-217/2023 24.10.2023-cü il tarixli qərarı ilə şikayət təmin olunaraq, Nərimanov rayon Pİ İstintaq Şöbəsinin baş müstəntiqi Məmmədov Elnur Telmanoğlu tərəfindən qəbul edilmiş “Cinayət işi başlanılmasının rədd edilməsi haqqında” 01 iyul 2023-cü il tarixli qərar qanunsuz hesab edilərək ləğv edilmiş, toplanmış material üzrə araşdırmanın davam etdirilməsi, qərarın icrasına nəzarətin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora həvalə edilməsi qərara alınmışdır:
"Qeyd olunan qərar 24 oktyabr 2023-cü ildə qəbul edilsə də, keçən 2 il ərzində nə araşdırma aparılmış nə də qərarın icrasına nəzarət həyata keçirilməmişdir.
Nərimanov Rayon Prokurorluğuna nə vaxt müraciət etsəm də eyni (araşdırma aparılır) sözü eşidirəm. Nəhayətdə, Baş Prokurora ünvanlanan yuxarıda qeyd olunan müraciətdən sonra, 2025-ci ilin sonlarında məlum olmuşdur ki, Bakı şəhəri,Nərimanov RPİ-nin baş müstəntiqi, polis mayoru Quluzadə Süleyman Arif oğlu tərəfindən növbəti dəfə qanunsuz olaraq cinaytə işinin başalanmasnın rədd edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərar qəbul edilmişdir.
Hərçənd ki, Bakı şəhər Prokurorluğunun DİO-nın istintaq, təhqiqat və əməliyyat-axratış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini, ədliyyəmüşaviri Kənan Əliyevin Nrimanov rayon Prokuroruna ünvanladığı 03.06.2025-ciil tarixli məktubundan da məlum olur ki, həmin tarixə, “...pulumun Elnar Əsgərov tərəfindən ələ keçirilməsi ilə bağlı şikayətimdə göstərilən xüsusatların tam araşdırılmasını, qanuna müvafiq tədbir görülməsinin təmin edib, nəticəsi barədə müraciət müəllifinə məlumatın verilməsi, həmçinin tərtib edilmiş ətraflı arayışın 10.06.2025-ci il tarixədək Bakı şəhər prokurorluğuna göndərilməsinin təmin edilməsi barədə göstəriş verildiyi halda, mənə heç bir məlumat verilməmiş, şikayətlərim davam etdiyindən bunun tam əksinə olaraq, Arif Əsgərovun və himayədarlarının nüfuzu qarşısında, dal tarixlə-28.04.2025-ci il tarixli qərarla, cinayət işinin başlanmasının rədd edilməsi haqqnda növbəti dəfə qanunsuz qərarın qəbul edillməsinə nail olunmuşdur".
Emil Məmmədovun sözlərinə görə, 10 ildən də artıq müddətdir ki, etdiyi şikayətlərlə bağlı heç bir tədbir görülməyib:
"Arif Əsgərovun və himayədarlarının müvafiq dövlət orqanlarının rəhbərləri ilə qarşılıqlı “razılaşmaları əsasında”, Arif Əsgərovun və oğlu - Elnar Əsgərovun dələduzluq fəaliyyəti nəticəsində ayrı-ayrı şəxslərə, o cümlədən də mənə məxsus 5 milyon manat olmaqla pul vəsaitinin mənimsənilməsi həyata keçirilmiş, kimlərinsə bilavasitə himayədarlığı ilə nə Arif Əsgərovun, nə dəki, oğlu Elnar Əsgərovun məsuliyyətə cələb edilməsi məsələsi həllini tapmamışdır.
Hərçəndki, bütün müraciətlərimizə əlavə etdiyimiz mötəbər sübutlar toplusunun araşdırılması ilə bağlı, mövcud olan xüsusatlar üzrə həyata keçirilən saxtalaşdırmanı, Elnar Əsgərovun izahatlarındakı kobud və açıq-aşkar ziddiyyətlərin araşdırılması belə bilərəkdən və qəsdlə təmin edilməmişdir. Beləliklə, təkzib olunmasası mümkünsüz olan sübutlar toplusu ilə pulumuzun birmənalı olaraq Arif Əsgərovun oğlu-Elnar Əsgərov tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi tam sübut olunmasına belə baxmayaraq, yuxarıda da göstərildiyi kimi,aidiyyatı orqanlarının hərəkətsizlikləri nəticəsində, bu şəxslərin məsuliyyətə cəlb edilməsi və pulumuzun geri qaytarılması ilə bağlı bu günəkimi də heç bir tədbir görülməmişdir.
Göstərilənlərlə əlaqədar olaraq, Bakı şəhəri, Nərimanov RPİ-nin baş müstəntiqi, polis mayoru Quluzadə Süleyman Arif oğlu tərəfindən növbəti dəfə qanunsuz olaraq cinayət işinin başalanmasnın rədd edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarının ləğv edilməsi və Arif Əsgərovun və oğlu-Elnar Əsgərovun məsuliyyətə cəlb edilmələri və pulumuzun geri qaytarılmasının təmin edilməsi ilə bağlı Mərkəziniz adından bir daha dövlətin ali şəxslərinin qarşısında bu məsələnin qaldırılmasında və içtimailəşdirilməsində mənə köməklik göstərəsiniz".
P.S.Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Süleyman
Bu mövzuda digər xəbərlər:Keçmiş Nəqliyyat Nazirinin müavini dələduzluq işində həbs olunub
30 Noyabr 2024 21:06
Nəqliyyat nazirinin müavini hadisə yerində
25 Dekabr 2024 11:37
Qazaxıstanın nəqliyyat nazirinin müavini saxlanıldı
07 Avqust 2025 17:20
Nəqliyyat nazirinin keçmiş müavinin ev dustaqlığı uzandı
20 May 2025 08:05
Azərbaycan bankında 170 milyon manatı olan Cahangir Əsgərov ölkədən çıxdı
06 Avqust 2025 22:14
Baxış sayı:29
Bu xəbər 04 Fevral 2026 20:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















