Icma.az
close
up
RU
Rusiyada təxribatlar səngimir Moskva günahkarları niyə başqa yerdə axtarır?

Rusiyada təxribatlar səngimir Moskva günahkarları niyə başqa yerdə axtarır?

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Rusiya-Azərbaycan gərginliyi fonunda indi də diaspor nümayəndələrimizə qarşı zorakılıq aktları törədilir. Təbii ki, bu, nə beynəlxalq hüquqa, nə vətəndaş-dövlət münasibətlərinə, nə də Rusiya-Azərbaycan münasibətlərinə uyğundur. Amma qəribəsi odur ki, Rusiya yenə də öz günahını görməzdən gəlir, özbaşına, cinayətkar fəaliyyətinə görə Azərbaycanı ittiham etməyə çalışır.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Oxu.Az-a açıqlamasında Moskvanın bu davranışlarının qəbul edilməz olduğunu deyir:

"Məsələ ondan ibarətdir ki, bu gün total və aydın şəkildə etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı cinayətlə törədilir, onlar təqib olunur, işgüzar nüfuzlarına zərbələr vurulur və bu şovinist rəftarın davam etdiyi bir vaxtda, Rusiya rəsmiləri Azərbaycana qarşı informasiya müharibəsi də başladır və baş verənlərin səbəbkarı kimi Azərbaycan göstərilir. Əlbəttə ki, bu, yol verilməzdir. Demək ki, burada sistemli bir plan var. Yəni, həm bu cinayətlər törədilir, həm də onu dəstəkləyən informasiya və diplomatiya müharibəsi təşkil olunur".

"Lakin Azərbaycan bu gün elə bir qüdrətə malikdir ki, bütün bunlara adekvat cavab verməyə hazırdır və bu cavab da verilir. Azərbaycanın maraqları qorunur, vətəndaşlarımızın maraqları qorunur və dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün azərbaycanlıların hüquqları və təhlükəsizliyi üçün tədbirlər görülür. Ona görə də Azərbaycan Prezidenti "mən dünyada yaşayan bütün azərbaycanlıların prezidentiyəm" demişdi. Bu gün bu cinayətlərin cavabsız qalmaması, Azərbaycanda da bu istiqamətdə müxtəlif tədbirlərin həyata keçirilməsi məhz bu fəlsəfədən irəli gəlir", - deyə deputat vurğulayıb.

Müsahibimiz əlavə edib ki, Rusiya tərəfi yeni reallığı qəbul etməlidir:

"Moskva başa düşməlidir ki, Azərbaycana təzyiq etməklə istədiyini yeridə bilməz. Bu, artıq tarixdə qaldı. Yaxşı olar ki, Rusiya 2022-ci ilin 22 fevralında imzalanmış Qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannaməyə yenidən nəzər salsın. Bəyannamədə bir-birinin daxili işlərinə qarışmamaq və bərabərhüquqlu tərəfdaşlıq etmək öhdəliyi var. Bu öhdəliyə əməl etmək tərəflər üçün daha yaxşıdır".

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 İyul 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see237

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see230

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see194

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see186

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see151

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see151

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see145

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see144

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see143

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see141

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see140

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see138

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see136

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see136

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see135

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see134

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see132

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see130

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri