Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiya Müdafiə Nazirliyi xarici vətəndaşların ölkə Silahlı Qüvvələrində xidmət keçmə şərtlərini dəyişdirib.
“Qafqazinfo” xəbər verir ki, müdafiə naziri Andrey Belousovun imzaladığı yeni əmrə əsasən, ölkədə yaşayış icazəsi almış xarici hərbçilərin vaxtından əvvəl xidmətdən xaric edilməsi haqqında bildiriş forması ləğv olunub:
“Xüsusi hərbi əməliyyat” dövründə hərbi xidmət müqaviləsi bağlaması ilə əlaqədar yaşayış icazəsi almış xarici vətəndaşın hərbi xidmətdən vaxtından əvvəl azad edilməsi barədə bildiriş forması təsdiq edən 1 noyabr 2023-cü il tarixli 744 nömrəli əmr qüvvədən düşmüş hesab edilsin”.
Qeyd edək ki, cari ilin mart ayında Rusiya Federasiya Şurası Silahlı Qüvvələrdə xidmət keçmiş xaricilərin ölkədən inzibati qaydada çıxarılmasına (deportasiyasına) qadağa qoyan qanunu təsdiqləyib. Hüquqpozmalar zamanı həmin şəxslərə deportasiya əvəzinə cərimə və ya 100 saatdan 200 saatadək məcburi işlər təyin ediləcək.
Baxış sayı:148
Bu xəbər 26 Sentyabr 2026 00:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















